Əlixan Musayev:
Onun dəlillərinin bəzisini sizə göstərməkdən ötrü dənizdə gəmilərin Allahın neməti sayəsində üzdüyünü görmürsünüzmü? Şübhəsiz ki, bunlar səbrli olanlar və şükür edənlər üçün bir ibrətdir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Sizə öz qüdrət əlamətlərindən bəzisini göstərsin deyə, gəmilərin dənizdə Allahın lütfü ilə üzdüyünü görmürsənmi? Həqiqətən, bunda (əziyyətlərə) səbr, (Allahın nemətlərinə) çox şükür edən hər kəs üçün ibrətlər vardır!
Elmir Quliyev
:
Разве ты не видишь, что по милости Аллаха корабль плывет по морю, чтобы Он показал вам некоторые из Своих знамений? Воистину, в этом — знамения для каждого, кто терпелив и благодарен.
Ələddin Sultanov:
Allah sizə Öz (varlığının) dəlillərindən (bir qismini) göstərsin deyə Onun neməti sayəsində gəmilərin dənizdə üzdüyünü görmədinmi? Şübhəsiz ki, çox səbir edən və çox şükür edən hər kəs üçün bunda ibrətlər vardır.
Kerbelayi Malik ağa:
Gəmilərin dənizdə Allahın nemətiylə üzdüyünü görmədinmi? Ayələrindən sizə göstərmək üçün. Şübhəsiz ki, bunda çox səbir edənlərin və şükür edənlərin hamısı üçün əlbəttə ayələr (dəlillər, ibrətlər) vardır.
Ələsgər Musayev:
Ə, görmədinmi,
gəmiləri, caridir dənizdə Allahın neməti sayəsində, göstərməsi
üçün sizə Öz ayətindən? Həqiqətən, bunda ayətlər var külli səbr
edənlər və şükr edənlər üçün!
A.Mehdiyev və D.Cəfərli:
Sizə öz (tovhid, qüdrət və hikmət) nişanələrindən bəzisini göstərsin deyə gəmilərin Allahın nemətləri sayəsində (dənizin suyu, külək və hava sayəsində) dənizdə hərəkət etdiyini (və Onun nemətlərini daşıdığını) görmədinmi?! Həqiqətən, bunda daim səbrli olan hər bir şükr edən kəs üçün nişanələr (ibrətlər) vardır.
Kövsər Tağıyev:
Görmədinmi ki, gəmilər Allahın neməti ilə dənizdə axıb gedir. Allah bunu ayələrindən bir qismini sizə göstərmək üçün edir. Şübhəsiz ki, bunda haqqı ilə səbir edən, haqqı ilə şükür edən hər kəs üçün ibrətlər var.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah Öz dəlillərini sizə göstərsin deyə, gəminin dəryada Onun mərhəməti ilə üzdüyünü görmürsünüz? Həqiqətən, hər bir səbr edən və şükr edən üçün bunlarda ibrətlər vardır.
Sabirə Dünyamalıyeva:
İşarətlərini/nişanələrini sizə göstərmək üçün, şübhəsiz, Allahın lütfü ilə gəmilərin dənizdə üzüb getdiyini görmürsənmi/heç düşünmədinmi? Şübhəsiz ki, bunda, çox səbr edən və özünə verilən nemətlərin əvəzini çox ödəyən hər kəs üçün işarətlər/nişanələr vardır.