Əlixan Musayev:
Sizlərdən hər kim Allaha və Onun Elçisinə itaət edib yaxşı işlər görsə, ona mükafatını ikiqat verərik. Biz onun üçün bol ruzi hazırlamışıq.
Bünyadov-Məmmədəliyev:
Sizdən hər kim Allaha və Rəsuluna itaət edib yaxşı işlər görsə, onun mükafatını ikiqat (başqa qadınların mükafatlarından iki dəfə artıq) verərik. Biz onun üçün (Cənnətdə) tükənməz (gözəl, minnətsiz) ruzi hazırlamışıq.
Elmir Quliyev
:
А ту из вас, которая будет покорна Аллаху и Его Посланнику и будет поступать праведно, Мы одарим двойным вознаграждением, и Мы приготовили для нее щедрый удел.
Ələddin Sultanov:
Sizdən hər kim Allaha və Rəsuluna itaət edər və yaxşı işlər görərsə, onun mükafatını ikiqat verərik. Biz onun üçün (cənnətdə) bol ruzi hazırlamışıq.
Kerbelayi Malik ağa:
Sizdən kim Allah və Onun Rəsuluna qanitin olsa (hörmət və sevgi ilə bağlansa) və saleh əməl (nəfsini islahedici əməl) etsə ona əcrini ikiqat verərik. Onun üçün Biz kərim ruzi hazırladıq.
Ələsgər Musayev:
Kim sizdən müti ola Allaha və Onun rəsuluna və əməlini
islah edə, onun əcrini iki bərabər verərik və onun üçün
kəramətli ruzi hazır etmişik.
A.Mehdiyev və D.Cəfərli:
Sizdən hər kim Allahın və Onun Rəsulunun müqabilində təvazökarlıq və itaətkarlıq göstərsə və saleh əməl etsə, onun mükafatını ikiqat verərik. Biz onun üçün çox qiymətli və dəyərli bir ruzi hazırlamışıq.
Kövsər Tağıyev:
Sizdən kim Allaha və Rəsuluna itaət edər və saleh bir əməl işlərsə, ona mükafatını ikiqat verərik. Biz onun üçün bərəkətli bir ruzi hazırlamışıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizlərdən kim Allaha və Onun peyğəmbərinə itaət göstərib əməlisaleh olarsa, Biz ona mükafatını ikiqat verərik. Biz onun üçün gözəl bol sovqat hazırlamışıq.
Sabirə Dünyamalıyeva:
Sizdən kim də Allaha və Elçisinə həmişə ehtiram göstərsə və saleh əməl işləsə, ona da əvəzini ikiqat verərik. Və Biz ona gözəl, bol ruzi hazırlamışıq.