Əlixan Musayev:
Kafirlər dedilər: “Biz nə bu Qurana, nə də bundan əvvəlkilərə əsla inanmayacağıq!” Kaş sən o zalımları öz Rəbbinin hüzurunda saxlanılıb bir-birinə söz qaytardıqları anda görəydin. Zəiflər, öz şəxsiyyətləri haqda yüksək rəydə olanlara deyəcəklər: “Əgər siz olmasaydınız, biz iman gətirərdik”.
Bünyadov-Məmmədəliyev:
(Kitab əhlinin möminləri məkkəlilərə: “Biz sizin peyğəmbərinizin vəsflərini öz kitablarımızda görmüşük”, - söylədikləri zaman) kafir olanlar dedilər: “Biz nə bu Qurana, nə də ondan əvvəlkilərə (Tövrata və İncilə) inanırıq!” (Ya Rəsulum!) Kaş sən o zalımları (haqq-hesab üçün) Rəbbinin hüzurunda saxlanılıb bir-birinə söz qaytardıqları (bir-birini təqsirləndirib məzəmmət etdikləri) və acizlərin (dünyada) özlərini yuxarı tutanlara (tabe olanların öz rəislərinə): “Əgər siz olmasaydınız, biz mütləq mömin olardıq!” – dedikləri zaman görəydin.
Elmir Quliyev
:
Неверующие сказали: "Мы никогда не уверуем ни в этот Коран, ни в то, что было до него". Если бы ты видел беззаконников, когда они будут стоять перед их Господом, обращаясь друг к другу с речами. Те, которые были слабыми, скажут тем, которые превозносились: "Если бы не вы, то мы были бы верующими".
Ələddin Sultanov:
Kafirlər: “Biz nə bu Qurana, nə də ondan əvvəlkilərə inanacağıq!” - dedilər. Kaş o zalımları Rəbbinin hüzurunda dayandırıldıqları zaman bir-birlərinə söz qaytararkən görəydin. (Dünya həyatında) zəif olanlar təkəbbürlü kimsələrə: “Əgər siz olmasaydınız, biz mömin olardıq!” - deyəcəklər.
Kerbelayi Malik ağa:
Kafirlər dedilər: ‘Bu Qurana və əlləri arasındakına (İncilə) əsla inanmarıq.’ Rəbbinin hüzurunda saxlandıqları zaman zalımları bir görsəydin. Bir-birlərinə söz qaytararlar. Zəifliyə uğradılanlar təkəbbürlənənlərə: ‘Əgər siz olmasaydınız, biz şübhəsiz möminlər olardıq.’ deyərlər.
Ələsgər Musayev:
Dedilər o
kəslər ki, kafirdirlər: «Biz inanmırıq bu Qur’an ilə və ona ki,
arada əldə olanı ilə onun!» Əgər sən görəsən, onda ki, zalimlər
Rəbləri qarşısında düzülüblər. Bəziləri bəzisinə tərəf müraciət
edərək danışırlar. Deyərlər o kəslər ki, zəif idilər, təkəbbürlü
olan kəslərə: «Əgər siz olmasaydız, onda biz inananlardan
olardıq!»
A.Mehdiyev və D.Cəfərli:
Və kafir olanlar dedilər: «Əsla bu Qur’ana və ondan öncə olana (səmavi kitablara) iman gətirmərik». Və əgər zalımları Rəbbi qarşısında (hüzurunda) ayaq üstə saxlanılıb bir-birləri ilə danışan halda görsəydin (çox təəccüblənərdin). Zəiflədilənlər təkəbbürlülərə deyərlər: «Əgər siz olmasaydınız, biz mütləq mömin olardıq».
Kövsər Tağıyev:
İnkar edənlər: “Biz nə bu Qur`ana, nə də ondan əvvəlki kitablara əsla inanmarıq”, – dedilər. Zalımlar Rəblərinin hüzurunda dayandıqları zaman sən onların halını bir görəydin! Bir-birilərinə söz qaytarıb durarlar. Zəif və gücsüz görülənlər özlərini üstün tutanlara: “Siz olmasaydınız, şübhəsiz, biz iman edən kimsələr olardıq”, – deyərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlər dedilər. "Biz bu Qurana, və ona qədər nazil edilənlərə əsla inanmarıq." Sən o haqsızların öz Rəbbi hüzurunda dayandırılarkən bir-birilərinə necə söz qaytardıqlannı və zəif hesab edilənlərin təkəbbürlülərə: "Əgər siz olmasaydınız, biz mömin olardıq." - demələrini bir görəydin.
Sabirə Dünyamalıyeva:
Və o kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər], "Biz qəti olaraq, bu Qurana iman gətirməyəcəyik, ondan əvvəlkinə də..." dedilər. Sən şirk qoşaraq, küfr işləyərək səhv; öz zərərinə olan əməli işləyən o kəsləri öz Rəbbinin hüzurunda saxlanılıb bir-birinə söz qaytardıqları halda bir görsən! Zəif qalan kəslər, təkəbbürlü kəslərə: "Əgər siz olmasaydınız, həqiqətən bizlər mömin kəslər olardıq" deyəcəklər.