Əlixan Musayev:
Sənə vəhy etdiyimiz Kitab, özündən əvvəlkiləri təsdiqləyici kimi (gələn) haqdır. Həqiqətən, Allah Öz qullarından Xəbərdardır, Görəndir.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Sənə özündən əvvəlkiləri təsdiqləyici olaraq vəhy etdiyimiz Kitab (Quran) haqdır. Həqiqətən, Allah bəndələrindən xəbərdardır, (hər, şeyi) görəndir!
Elmir Quliyev
:
Писание, которое Мы внушили тебе в откровении, является истиной, которая подтверждает то, что было до него. Воистину, Аллах ведает о Своих рабах и видит их.
Ələddin Sultanov:
Sənə vəhy etdiyimiz Kitab (Quran) özündən əvvəlkiləri (ilahi kitabları) təsdiqləyən bir həqiqətdir. Şübhəsiz, Allah qullarından xəbərdardır, hər şeyi görəndir.
Kerbelayi Malik ağa:
Sənə kitabdan vəhy etdiyimiz onların əllərindəkini təsdiqedici olaraq haqdır. Şübhəsiz ki, Allah qullarından mütləq xəbərdardır və onları görəndir.
Ələsgər Musayev:
Odur ki, Biz vəhy etdik sənə kitabdan – o haqdır, təsdiq
edir nə ki, arada əldə olanını onun. Həqiqətən, Allah Öz
bəndələri ilə Xəbirdir, Bəsirdir!
A.Mehdiyev və D.Cəfərli:
(Ya Peyğəmbər!) Kitabdan sənə vəhy etdiyimiz özündən əvvəlkiləri (səmavi kitabları və İlahi şəriətləri) təsdiq edən bir haqdır. Həqiqətən, Allah bəndələrindən xəbərdardır və onları görəndir.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Sənə vəhy etdiyimiz kitab (Qur`an) özündən öncəkini təsdiq edən haqq kitabdır. Şübhəsiz, Allah qullarından haqqı ilə xəbərdardır. Onları haqqı ilə görür.
M.Qənioğlu və T.Bilaloğlu:
Kitabdan sənə vəhy etdiyimiz özündən əvvəlkiləri bir təsdiqləyici olaraq (gələn) haqdır. Həqiqətən, Allah Öz bəndələrindən xəbərdardır, (hər şeyi) görəndir.
Sabirə Dünyamalıyeva:
Və Bizim sənə, ancaq içindəkiləri təsdiqləyici olaraq vəhy etdiyimiz Kitab, haqqın elə özüdür. Şübhə yox ki, Allah öz bəndələrini layiqiylə bilən və layiqiylə görəndir.