Saffat Surəsi 31. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Rəbbimizin Sözü bizim barəmizdə həqiqətə çevrildi. Biz (əzabı) hökmən dadacağıq.
Bünyadov-Məmmədəliyev:
Buna görə Rəbbimizin sözü (əzab vədəsi) bizim barəmizdə gerçəkləşdi. Biz mütləq (əzabı) dadacağıq!
Elmir Quliyev :
Относительно нас сбылось Слово нашего Господа. Воистину, мы будем вкушать наказание.
Ələddin Sultanov:
Buna görə bizim barəmizdə Rəbbimizin sözü (əzabı) vacib oldu. Həqiqətən, biz onu dadacağıq.
Kerbelayi Malik ağa:
Artıq Rəbbimizin (əzab) sözü üzərimizə haqq oldu. Şübhəsiz ki biz, onu (əzabı) mütləq dadacaq olanlarıq.
Ələsgər Musayev:
Haqq oldu üzərimizdə sözü Rəbbimizin. Həqiqətən, biz dadacayıq!
A.Mehdiyev və D.Cəfərli:
«Beləliklə, bizim barəmizdə Rəbbimizin sözü vədi həyata keçdi. Biz mütləq (Cəhənnəm əzabını) dadacağıq!»
Kövsər Tağıyev:
“Artıq Rəbbimizin sözü (əzab) bizim haqqımızda gerçəkləşdi. Biz onu mütləq dadacağıq”.
M.Qənioğlu və T.Bilaloğlu:
Rəbbimizin sözü bizə haqq oldu biz mütləq (əzabı) dadasıyıq!
Sabirə Dünyamalıyeva:
Onun üçün Rəbbimizin Sözü bizim üstümüzdə haqq oldu. Şübhəsiz ki, biz dadanlarıq.