Əlixan Musayev:
Siz yer üzündə (Allahdan) yaxa qurtara bilməzsiniz. Allahdan başqa sizin nə bir himayəçiniz olar, nə də bir köməkçiniz.
Bünyadov-Məmmədəliyev:
Siz (Allahı) yer üzündə aciz buraxa bilməzsiniz (Onun əzabından qaçıb canınızı qurtara bilməzsiniz). Allahdan başqa sizin nə bir himayədarınız olar, nə də bir imdada yetəniniz!
Elmir Quliyev
:
Вы не спасетесь бегством на земле, и нет у вас, помимо Аллаха, ни покровителя, ни помощника.
Ələddin Sultanov:
Siz yer üzündə (Allahın əzabına) mane ola bilməzsiniz. Allahdan başqa sizin nə bir himayədarınız, nə də bir yardımçınız vardır.
Kerbelayi Malik ağa:
Siz (Allahı) yer üzündə aciz edəcək deyilsiniz. Sizin üçün Allahdan başqa bir dost və yardımçı yoxdur.
Ələsgər Musayev:
Siz aciz edə
bilməzsiniz ərzdə və yoxdur sizin üçün Allahdan başqa dost və
yardım edən!
A.Mehdiyev və D.Cəfərli:
Siz yer üzündə (Allahı) aciz qoya (bilə)n deyilsiniz (ki, müsibətdən qaçasınız və ya onu dəf edəsiniz). Sizin Allahdan başqa əsla başçı və yardımçınız yoxdur.
Kövsər Tağıyev:
Yer üzündə Onu aciz qoya bilməzsiniz. Sizin üçün Allahdan başqa heç bir dost və yardımçı yoxdur.
M.Qənioğlu və T.Bilaloğlu:
Siz yer üzündə (Onu) aciz sala bilməzsiniz və sizin Allahdan başqa nə bir himayəçiniz, nə də bir köməkçiniz vardır.
Sabirə Dünyamalıyeva:
Və siz, yer üzündə aciz buraxanlar deyilsiniz. Və sizin Allahın yaratdıqlarından bir yaxınınız yoxdur, köməkçiniz də yoxdur.