Zuxruf Surəsi 31. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar dedilər: “Nə üçün bu Quran iki şəhərdən (Məkkədən ya Taifdən) olan böyük bir adama nazil edilmədi?”
Bünyadov-Məmmədəliyev:
Onlar dedilər: “Məgər bu Quran iki şəhərdən (Məkkədən ya Taifdən) olan böyük bir adama (ya Vəlid bin Müğirəyə, yaxud da Ürvə bin Məsuda) nazil edilməli deyildimi?”
Elmir Quliyev :
Они также сказали: "Почему этот Коран не был ниспослан великому мужу из двух городов (Мекки и Таифа)?"
Ələddin Sultanov:
Onlar: “Bu Quran iki şəhərdən (Məkkə, yaxud Taifdən) olan böyük bir adama nazil edilməli deyildimi?” - dedilər. (Müşriklərə görə, Quran ya Məkkənin zənginlərindən biri olan Vəlid ibn Müğirəyə, ya da Taifin zənginlərindən biri olan Ürvə əs-Səqəfiyə nazil olmalı idi. Vəlid ibn Müğirə: “Qüreyşin böyüyü olan mən, yaxud Səqifin əşrafından olan Əbu Əmr ibn Ümeyr əs-Səqəfi ola-ola Quran Mühəmmədəmi nazil oldu?” - demişdi.)
Kerbelayi Malik ağa:
Dedilər ki: ‘Bu Quran iki şəhərdən olan, bir böyük adama nazil edilməli deyildimi?’
Ələsgər Musayev:
Dedilər: «Məgər nazil olmalı deyilmi bu Qur’an üzərinə iki kənddən olan əzəmətli kişinin?»
A.Mehdiyev və D.Cəfərli:
Həmçinin dedilər: «Nə üçün bu Qur’an bu iki şəhərin birindən (mal-dövlət məqam sahibi olan) böyük bir kişiyə (Məkkədən Vəlid ibn Muğeyrəyə Taifdən Urvə ibn Məsuda) nazil edilməyib?!»
Kövsər Tağıyev:
“Bu Qur`an iki şəhərin birindən böyük bir adama endirilməli deyildimi!?” dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər "Barı bu Qurian iki şəhərdən birində olan böyük bir adama nazil ediləydi!"
Sabirə Dünyamalıyeva:
Yenə onlar: "Bu Quran, bu iki şəhərdən böyük bir adama endirilməli deyildimi?" dedilər.