Casiyə Surəsi 31. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kafir olanlara gəldikdə isə, (onlara deyiləcəkdir): “Məgər ayələrim sizə oxunmurdumu? Siz isə təkəbbür göstərirdiniz günahkar adamlar idiniz.
Bünyadov-Məmmədəliyev:
Kafir olanlara isə (belə deyiləcəkdir): “Məgər ayələrim (dünyada) sizə oxunmurdumu?! Amma siz (onlara qulaq asmağa, iman gətirməyə) təkəbbür göstərdiniz günahkar bir tayfa oldunuz!
Elmir Quliyev :
А что касается тех, которые не уверовали, то им будет сказано: "Разве вам не читались Мои аяты? Вы возгордились и были людьми грешными.
Ələddin Sultanov:
Kafirlərə isə belə deyiləcəkdir: “Ayələrim sizə oxunmurdumu?! Ancaq siz təkəbbürləndiniz günahkar oldunuz.
Kerbelayi Malik ağa:
Lakin inkar edənlərə deyilir ki: ‘Ayələrim sizə oxunduğu zaman təkəbbürlük edənlər sizlər deyildinizmi? Siz günahkar bir qövm oldunuz.’
Ələsgər Musayev:
Amma o kəslər ki, kafir oldular: «Ə, Mənim ayətlərim üzərinizə sizin tilavat olunmadımı? Təkəbbürlük etdiniz cərimə olunmuş qoum oldunuz!»
A.Mehdiyev və D.Cəfərli:
Küfr edənlərə gəldikdə isə (onlara belə deyiləcəkdir:) «Məgər Mənim (tovhid) ayələrim sizə oxunmurdu?! Amma siz təkəbbür göstərirdiniz (onda siz) günahkar bir dəstə idiniz.»
Kövsər Tağıyev:
İnkar edənlərə gəlincə onlara belə deyilər: “Ayələrim sizə oxunmuşdu, siz isə təkəbbür göstərmiş günahkar bir qövm olmamışdınızmı?”
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlərə gəlincə (onlara deyilər): "Məgər ayələrim sizə oxunmadı, siz təkəbbür göstərib günahkar adamlar olmadınız?
Sabirə Dünyamalıyeva:
O kafirlərə [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslərə] gəldikdə, "Yaxşı, sizə ayələrim oxunmurdumu ki, siz təkəbbür göstərdiniz günah işləyən bir qövm oldunuz?"