Qaf Surəsi 31. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Cənnət müttəqilərə yaxınlaşdırılacaq, (onlardan) uzaqda olmaya­­caqdır.
Bünyadov-Məmmədəliyev:
Cənnət müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir.
Elmir Quliyev :
А Рай приблизится к богобоязненным и окажется неподалеку.
Ələddin Sultanov:
Cənnət isə müttəqilərə yaxınlaşdırılmışdır, uzaq deyildir.
Kerbelayi Malik ağa:
Cənnət təqva sahibləri üçün uzaq olmayaraq yaxınlaşdırıldı.
Ələsgər Musayev:
Yaxın olar cənnət müttəqilər üçün, uzaq olmaz.
A.Mehdiyev və D.Cəfərli:
Cənnəti təqvalılara (aralarında) məsafə olmadan çox yaxınlaşdırarlar.
Kövsər Tağıyev:
Cənnət Allaha qarşı gəlməkdən çəkinənlərə uzaq olmayacaq şəkildə yaxınlaşdırılacaq.
M.Qənioğlu və T.Bilaloğlu:
Cənnət müttəqilər üçün uzaq olmayacaq bir yerə yaxınlaşdırılır.
Sabirə Dünyamalıyeva:
Cənnət Allahın mühafizəsi altına daxil olan kəslərə uzaq olmayıb, yaxınlaşdırılmışdır.