Ənam Surəsi 31. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah ilə qarşılaşmağı yalan sayanlar artıq ziyana uğramışlar. O Saat onları qəflətən haqladıqda onlar öz (günah) yüklərini bellərində daşıyaraq deyəcəklər: “Dünyada buraxdığımız əməllərə görə vay halımıza!” Onların daşıdıqları (şey) necə pisdir!
Bünyadov-Məmmədəliyev:
Allahın hüzurunda duracaqlarını inkar edən kimsələr, həqiqətən, ziyana uğramışlar. Belə ki, saat (qiyamət vaxtı) qəflətən başlarının üstünü aldığı zaman onlar günahlarını dallarında daşıyaraq deyəcəklər: “Dünyadakı təqsirlərimizə görə vay halımıza!” Bir baxın, daşıdıqları şey (günah yükü) necə pisdir!
Elmir Quliyev :
Те, которые отрицали встречу с Аллахом, уже оказались в убытке. Когда же внезапно для них настанет Час, они, неся свои ноши на спинах, скажут: "Горе нам за то, что мы упустили там!" Как же скверно то, что они понесут!
Ələddin Sultanov:
Allahın hüzuruna çıxmağı yalan sayanlar həqiqətən, ziyana uğramışlar. Qiyamət qəflətən onlara gəlib çatdığı zaman (günah) yüklərini bellərində daşıyaraq: “Oradakı (dünyadakı) təqsirlərimizə görə vay halımıza!” deyəcəklər. Diqqət edin, daşıdıqları (günahlar) necə pisdir!
Kerbelayi Malik ağa:
Allaha mülaki olmağı (Alaha təslim olmağı) yalanlayan kəslər hüsrana düşdülər. O saat qəflətən onlara gəldikdə, bellərində yüklərini daşıyaraq: ‘Orada (dünyada) həddini aşdığımız şeylər səbəbiylə (günahlar səbəbiylə) vay halımıza.’ dedilər. Yükləndikləri şey necə pisdir, elə deyilmi?
Ələsgər Musayev:
Əlbəttə, xəsarətdə oldular o kəslər ki, yalan saydılar Allah ilə görüşü. Ta onda ki, gəldi onlara qəflətən saat, dedilər: «Həsrət olsun bizə üzərində ki, unutduq onda!» Onlar öz günahlarının yükünü daşıyarlar kürəklərində bilin ki, pis yük daşıyacaqlar!
A.Mehdiyev və D.Cəfərli:
Allahla görüş(əcəkləri Qiyamət günün)ü təkzib etmiş kəslər doğrudan da ziyana uğradılar. (Onların bu inkarları) o vaxta kimi (davam edəcək) ki, Qiyamət qəflətən onlara yetişən zaman, «barəsində səhlənkarlıq etdiyimiz şeyə görə vay olsun bizə!» deyəcəklər. Onlar (həmin gün) öz günahlarının ağır yükünü dallarında daşıyacaqlar. Bilin! Onların dallarında daşıyacaqları yük necə pisdir!
Kövsər Tağıyev:
Allahın hüzuruna çıxmağı yalan sayanlar, həqiqətən, ziyana uğramışdır. Nəhayət, onlara qəflətən o saat (qiyamət) yetişdiyi zaman bütün günahlarını bellərinə yüklənərək: “Dünyada etdiyimiz qüsurlara görə vay halımıza!” deyəcəklər. Diqqət edin, yükləndikləri günah yükü pisdir!
M.Qənioğlu və T.Bilaloğlu:
Allahla görüşü yalan hesab edənlər zərərə uğramışlar. Qiyamət günü onları qəflətən haqladıqda onlar öz günah yüklərini bellərində apara- apara deyərlər: "Orada [dünya həyatında] əldən verdiyimiz şeylər üçün kül olsun başımıza!" Onların apardıqları yük necə pisdir!
Sabirə Dünyamalıyeva:
Allaha qovuşmağı təkzib edənlər, həqiqətən itkiyə/zərərə məruz qalıb iztirab çəkmişlər. Qiyamət anı qəflətən gəldikdə, onlar günahları bellərin yüklənmiş olaraq deyəcəklər ki: "Dünyada işlədiyimiz təqsirlərə görə vay halımıza!" -Diqqət edin, bellərində daşıdıqları şey/günahları necə pisdir!-