Əlixan Musayev:
(Qadın) dedi: “Barəsində məni qınadığınız (oğlan) bax budur! Mən onu yoldan çıxartmağa çalışdım, o isə imtina etdi. Əgər əmrimi yerinə yetirməsə, əlbəttə ki, zindana atılacaq və zəlillərdən olacaqdır”.
Bünyadov-Məmmədəliyev:
(Züleyxa qadınların özlərinə gəldikdən sonra kəsilmiş əllərinin ağrısından ah-vay etdiklərini və bu hərəkətlərindən xəcalət çəkdiklərini görüb onlara) belə dedi: “Bu, (könlümü ona vermədiyimə görə) məni qınadığınız (oğlandır). Mən onun olmaq istədim, o isə imtina etdi. (Bir daha deyirəm) əgər əmrimi yerinə yetirməsə, sözsüz ki, zindana atılacaq və zillətə düşənlərdən olacaq!”
Elmir Quliyev
:
Она сказала: "Перед вами тот, из-за которого вы меня порицали. Я действительно пыталась его соблазнить, но он отказался. Но если он не выполнит мой приказ, то будет заточен в темницу и окажется в числе презренных".
Ələddin Sultanov:
(Züleyxa) dedi: “Barəsində məni qınadığınız (cavan oğlan) budur. Onu tovlayıb yoldan çıxartmaq istədim, ancaq o imtina etdi. Əgər o mənim əmrimi yerinə yetirməzsə, mütləq, zindana atılacaq və zəlil olacaqdır”.
Kerbelayi Malik ağa:
Belə dedi: ‘Haqqında məni qınadığınız adam budur!’ And içərəm ki, onunla yaxınlıq etmək istədim. Lakin O, imtina etdi. Əgər ona əmr etdiyimi etməzsə, mütləq zindana atılacaq və mütləq zillətə düşənlərdən olacaq.
Ələsgər Musayev:
Dedi: «Bu, odur ki, siz məni ona
xatir danlayırdınız». Bəli, mənim ona meylim var idi, ancaq o,
nəfsini saxladı. Əgər mənim əmrimə əməl etməsə, zindana
gedəcək və alçalmışlardan olacaq.
A.Mehdiyev və D.Cəfərli:
Qadın dedi: «Bu həmin şəxsdir ki, məni (arxamca) ona görə məzəmmət edib qınadınız. Əlbəttə, mən ondan kam almaq istədim, o isə çəkindi. Əgər o yenə də ona etdiyim əmrləri yerinə yetirməsə, zindana salınacaq və şübhəsiz, alçalmışlardan olacaqdır.»
Kövsər Tağıyev:
Hal belə olduqda qadın onlara dedi ki: “Bu, barəsində məni qınadığınız kəsdir. And olsun, mən ondan kam almaq istədim. Lakin o, iffəti səbəbi ilə bundan imtina etdi. And olsun, əgər əmr etdiyimi etməzsə, mütləq zindana atılacaq və zillətə uğrayanlardan olacaq”.
M.Qənioğlu və T.Bilaloğlu:
O [qadın] dedi: "Barəsində mənə tənə etdiyiniz bax budur! Mən onu tovlayıb yoldan çıxarmaq istədim, o isə möhkəm dayandı. Əgər o, buyruğumu yerinə yetirməsə, mütləq zindana salınacaq və zəlil olacaqdır".
Sabirə Dünyamalıyeva:
Əzizin qadını: "Budur, bu gördüyünüz, o şəxsdir ki, məni onun barəsində qınayırdınız. And olsun ki, mən onun nəfsindən faydalanmaq istədim, ancaq o namuslu hərəkət etdi. Yenə and olsun ki, əmrimi yerinə yetirməsə, mütləq zindana atılacaq və həqiqətən etibarsızlığa düçar olacaq." dedi.