Əlixan Musayev:
O kəslər ki, tər-təmiz olduqları halda, mələklər onların canını alıb deyirlər: “Sizə salam olsun! Əməllərinizə görə Cənnətə girin!”
Bünyadov-Məmmədəliyev:
O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb: “Sizə salam olsun! Etdiyiniz (gözəl) əməllərə görə Cənnətə daxil olun!” – deyərlər.
Elmir Quliyev
:
которых ангелы умерщвляют праведниками. Они говорят: "Мир вам! Войдите в Рай благодаря тому, что вы совершали".
Ələddin Sultanov:
Onlar mələklərin: “Sizə salam olsun! Etdiyiniz (yaxşı) əməllərə görə cənnətə daxil olun!” - deyərək tərtəmiz olduqları halda canlarını aldıqları kimsələrdir.
Kerbelayi Malik ağa:
Mələklər onların canlarını ən gözəl şəkildə alarlar. Onlara: ‘Salam üzərinizə olsun. Etmiş olduğunuz (gözəl) əməllər səbəbiylə cənnətə girin.’ deyərlər.
Ələsgər Musayev:
o kəslər ki, mələklər canlarını alırlar
paklıqla! Deyirlər: «Salam olsun üzərinizə! Daxil olun cənnətə,
nə ilə ki, oldunuz əməllilər
A.Mehdiyev və D.Cəfərli:
O kəslər ki, mələklər, canlarını onlar (küfr və itaətsizlik çirkinliyindən) pak olan halda alarkən (onlara) «salam olsun sizə, etdiklərinizin mükafatı olaraq Cənnətə (hələlik Bərzəx aləmindəki Cənnətə, Qiyamətdən sonra isə əbədi Cənnətə) daxil olun» deyərlər.
Kövsər Tağıyev:
Mələklər onların canlarını yaxşı kimsələr olaraq alarkən: “Salam olsun sizə! Etdiyiniz yaxşı əməllərə görə cənnətə daxil olun!” – deyərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
O kəsləri ki, onların canını onlar pak halda ikən alaraq deyəcəklər: "Sizə salam olsun! Əməllərinizin əvəzi olaraq cənnətə daxil olun!"
Sabirə Dünyamalıyeva:
mələklər onları xoş [qarşılayıb] rahat qəbul edərək, onlara keçmişdə etdiklərini və etmələri lazım olduğu halda etmədiklərini bir-bir xatırladarlar. "Sizə salam olsun, etmiş olduğunuz işlərin əvəzi olaraq girin cənnətə!" deyərlər.