Bəqərə Surəsi 32. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar dedilər: “Sən pak müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!”
Bünyadov-Məmmədəliyev:
Onlar: “Sən paksan, müqəddəssən! (Bütün eyib nöqsanlardan kənarsan!) Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. (Hər şeyi) bilən Sən, hikmət sahibi Sənsən”, - dedilər.
Elmir Quliyev :
Они ответили: "Пречист Ты! Мы знаем только то, чему Ты научил нас. Воистину, Ты Знающий, Мудрый".
Ələddin Sultanov:
Mələklər dedi: “Sən bütün nöqsanlardan uzaqsan! Biz Sənin bizə öyrətdiklərindən başqa heç bir şey bilmirik. Şübhəsiz ki, Sən hər şeyi bilənsən, hikmət sahibisən!”
Kerbelayi Malik ağa:
(Mələklər): 'Sən Sübhansan.' dedilər. 'Sənin bizə öyrətdiyindən başqa heç bir elmimiz yoxdur. Şübhəsiz ki, Sən Alimsən, Hakimsən (hökm hikmət sahibisən).'
Ələsgər Musayev:
Dedilər: «Sübhansan Sən! Yoxdur elm bizim üçünancaq nəyi ki, bildirdin bizəHəqiqətən, Sən AlimsənHəkimsən!»
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: «Sən (bütün eyb nöqsanlardan) paksan! Bizim Sənin bizə öyrətdiklərindən başqa bir elmimiz yoxdur; doğrudan da, bilən Sənsən, hikmət sahibi də!»
Kövsər Tağıyev:
Mələklər: “Səni bütün nöqsanlardan uzaq tuturuq. Sənin bizə öyrətdiklərindən başqa bizim heç bir elmimiz yoxdur. Şübhəsiz ki, hər şeyi haqqı ilə bilən, hər şeyi hikmətlə edən sənsən!” dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Sənə təriflər olsun ! Bizə öyrətdiklərindən başqa heç bilmirik. Doğurdanda (hər şeyi) bilən hikmət sahibi Sənsən !"
Sabirə Dünyamalıyeva:
Təbiətdəki güclər dedilər ki: "Sən hər cür nöqsanlıqdan paksan! Sənin, bizə öyrətmiş olduqların xaricində bizim heç bir elmimiz yoxdur. Həqiqətən, ən yaxşı bilən, ən yaxşı qanun qoyan məhz Sənsən."