Həcc Surəsi 32. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bax belə! Hər kim Allahın ayinlərinə hörmət etsə, (bilsin ki,) bu, qəlblərin təqvasındandır.
Bünyadov-Məmmədəliyev:
(Ey insanlar! Sizə əmr etdiyim) budur. hər kəs Allahın mərasiminə (həcc əməllərinə, yaxud qurbanlıq heyvanlara) hörmət etsə, bu (hörmət), şübhəsiz ki, qəlblərin təqvasındadır (Allahdan qorxmasındadır).
Elmir Quliyev :
Вот так! И если кто почитает обрядовые знамения Аллаха, то это исходит от богобоязненности в сердцах.
Ələddin Sultanov:
Budur! Kim Allahın nişanələrinə hörmət göstərərsə, şübhəsiz, bu, qəlblərin təqvasındandır.
Kerbelayi Malik ağa:
Kim Allahın şüarlarına (əmrlərinə) hörmətlə uyarsa, bunun səbəbi şübhəsiz ki, onların qəlblərinin təqvalı olmasındandır.
Ələsgər Musayev:
Belə! Kim əzəmətli sayarsa şüarını Allahın, həqiqətən, bu, qəlblərin təqvasındandır.
A.Mehdiyev və D.Cəfərli:
Budur (həcc əməlləri)! Kim Allahın (buyurduğu həccin Onun dininin) nişanələrinə ehtiram göstərsə, şübhəsiz, (bu ehtiram) qəlblərdəki təqvadan hasil olur.
Kövsər Tağıyev:
Bu belədir. Kim Allahın nişanələrini (qurbanlıqları) uca tutarsa, şübhəsiz ki, bu, qəlblərin təqvasındandır.
M.Qənioğlu və T.Bilaloğlu:
Belə! Allahın ayinlərini uca tutanlar isə, bu, ürəklərin (Allahdan) qorxmasına görədir.
Sabirə Dünyamalıyeva:
Bax belə! Hər kim Allahın varlığının nişanəsi olan şeylərə ehtiram gösterse, -şübhə yoxdur ki, bu ehtiramın səbəbi qəlblərin Allahın mühafizəsi altına daxil olmasıdır