Möminun Surəsi 32. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlara da özlərindən bir elçi göndərdik. O dedi: “Allaha ibadət edin! Sizin ondan başqa heç bir ilahınız yoxdur. Məgər qorxmursunuz?”
Bünyadov-Məmmədəliyev:
Onlara özlərindən bir peyğəmbər (Hudu) göndərdik. (O, tayfasına dedi: ) “Allaha ibadət edin. Sizin ondan başqa (ibadət edəcək) heç bir tanrınız yoxdur. Məgər (Allahın əzabından) qorxmursunuz?”
Elmir Quliyev :
Мы направили к ним посланника из них самих: "Поклоняйтесь Аллаху, ибо нет у вас другого божества, кроме Него. Неужели вы не устрашитесь?"
Ələddin Sultanov:
Onlara da öz içlərindən: “Allaha ibadət edin! Sizin ondan başqa heç bir ilahınız yoxdur. Yenə Allahdan çəkinmirsinizmi?” - deyən bir peyğəmbər göndərdik. (Yuxarıdakı ayədə özünün qövmünün adı çəkilməyən peyğəmbər bəzi təfsirçilərə görə, Hud, yaxud Saleh peyğəmbərdir.)
Kerbelayi Malik ağa:
Beləcə Biz onlara onların içərisində onlardan bir rəsul göndərdik ki, Allaha qul olsunlar. Sizin Ondan başqa İlahınız yoxdur. Hələ təqva sahibi olmayacaqsınızmı?
Ələsgər Musayev:
göndərdik onlara rəsul özlərindən ki: «Ibadət edin Allaha! Ondan qeyri sizin üçün Ilahi yoxdur. Ə, təqvalı olmazsınızmı?»
A.Mehdiyev və D.Cəfərli:
Onların içinə (mələklərdən, cinlərdən ya dillərini bilməyənlərdən deyil) özlərindən bir elçi göndərdik ki: Tək olan Allaha ibadət edin, sizin Ondan başqa bir məbudunuz yoxdur. Məgər (Ondan qeyrisinə ibadət etməkdən) çəkinmirsiniz?!
Kövsər Tağıyev:
Onlara öz aralarından: “Allaha qulluq edin, sizin Ondan başqa heç bir ilahınız yoxdur. Ona qarşı gəlməkdən çəkinmirsinizmi?” deyə öyüd verən bir peyğəmbər göndərdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların içərisinə özlərindən "Allaha ibadət edin. Ondan başqa bir tanrınız yoxdur. Məgər siz qorxmursunuz?" - deyən bir peyğəmbər [Hudu] göndərdik.
Sabirə Dünyamalıyeva:
Sonra da onlara, "Allaha ibadət edin, sizin üçün Ondan başqa bir məbud yoxdur. Hələ Allahın mühafizəsi altına daxil olmayacaqsınızmı?" deyə xəbərdarlıq edən, öz içlərindən bir elçi göndərdik.