Furqan Surəsi 32. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kafirlər dedilər: “Nə üçün Quran ona bir dəfəlik bütöv nazil olmadı?” Biz onu sənin qəlbini möhkəmləndirmək üçün tədricən nazil etdik onu ən gözəl şəkildə (ayəbəayə) izah etdik.
Bünyadov-Məmmədəliyev:
Kafirlər: “Quran ona (Muhəmmədə) bütöv (birdəfəlik) endirilməli idi!” dedilər. (Ya Rəsulum!) Sənin ürəyinə səbat (qətiyyət) vermək üçün Biz onu ayə-ayə (tədricə) nazil etdik. (Quranın az-az endirilib, ağır-ağır oxunması onun əzbərlənməsini mənalarının anlaşılmasını asanlaşdırır).
Elmir Quliyev :
Неверующие сказали: "Почему Коран не ниспослан ему целиком за один раз?" Мы поступили так, чтобы укрепить им твое сердце, и разъяснили его самым прекрасным образом.
Ələddin Sultanov:
Kafirlər isə: “Quran ona bütöv nazil edilməli deyildimi?” - dedilər. Biz onu sənin qəlbinə yaxşıca yerləşdirmək üçün belə etdik onu hissə-hissə oxuduq (vəhy etdik).
Kerbelayi Malik ağa:
Kafirlər: ‘Nə üçün Quran Ona birdəfəlik bütöv halda nazil olmadı?’ dedilər. Bu, Quranı səninidrakına (sabitbir şəkildə) yerləşdirməyimiz üçündür. Onu qisim-qisim (hissə-hissə) oxuduq.
Ələsgər Musayev:
Dedi o kəslər ki, kafirdirlər: «Nazil olunmalı deyilmi onun üzərinə Quran cümlətən, vahid olaraq?» Beləcə sabit etmək üçündür onunla könlünü sənin Biz tilavat edirik onu qayda ilə.
A.Mehdiyev və D.Cəfərli:
Küfr edənlər dedilər: «(Əgər Qur’anın mənbəyi Allahın elmidirsə onda) üçün Qur’an ona bir yerdə (bütöv halda) nazil olmayıb?» Onun vasitəsi ilə sənin qəlbinə sabitlik möhkəmlik vermək üçün (onun nazil olması) belədir. (buna görə də) onu yavaş-yavaş, bir-birinin ardınca (iyirmi üç il ərzində müxtəlif həcmlərdə sənə) oxuduq.
Kövsər Tağıyev:
İnkar edənlər: “Gərək Qur`an ona toplu olaraq birdəfəyə endiriləydi”, dedilər. Biz Qur`anla sənin qəlbini qüvvətləndirmək üçün onu belə hissə-hissə nazil etdik onu ağır-ağır oxuduq.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlər dedilər: "Olmazdımı ki, Quran ona bir dəfəyə nazil olunaydı." Belə oldu [hissə-hissə endirildi] yavaş-yavaş oxundu ki, Biz onunla sənin ürəyinə səbat verək.
Sabirə Dünyamalıyeva:
Kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslər] həm də: "Quran ona bir səfərdə cəm halında nazil edilməliydi" dedilər. Biz, onu sənin qəlbinə yaxşıca yeritmək üçün beləcə parça-parça nazil etdik. Biz, onu dənə-dənə/bir-birinə qarışdırmadan vəhy etdik.