Əlixan Musayev:
(İbrahim) dedi: “Orada Lut da var!” Onlar dedilər: “Biz orada kimin olduğunu yaxşı bilirik. Biz onu da, onun ailəsini də mütləq xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalanlardan olacaq”.
Bünyadov-Məmmədəliyev:
(İbrahim) dedi: “Orada (onların içində Allahın mömin bəndəsi) Lut da var!” Onlar: “Biz orada kimin olduğunu (hamıdan) yaxşı bilirik. Biz onu və ailəsini mütləq xilas edəcəyik. Yalnız övrətindən başqa. O (əzab içində) qalanlardan olacaq!” – deyə cavab verdilər.
Elmir Quliyev
:
Он сказал: "Но ведь там Лут (Лот)!" Они сказали: "Нам лучше знать, кто там! Мы непременно спасем его и его семью, кроме его жены, которая будет в числе оставшихся позади".
Ələddin Sultanov:
İbrahim: “Axı Lut da oradadır”, - dedi. Onlar: “Biz orada kimlərin olduğunu çox yaxşı bilirik. Arvadı istisna olmaqla, onu və ailəsini, əlbəttə, xilas edəcəyik. Arvadı (əzab içində) qalanlardan olacaq”. - dedilər.
Kerbelayi Malik ağa:
(İbrahim ə.s): ‘Orada Lut (ə.s) var.’ dedi. (Mələk rəsullar): ‘Orada kim var, biz daha yaxşı bilirik. Onun zövcəsindən başqa Onu və ailəsini mütləq xilas edəcəyik. (Onun zövcəsi) geridə qalanlardan olacaq.’ dedilər.
Ələsgər Musayev:
Dedi: «Həqiqətən, orada Lut var!» Dedilər: «Biz bilirik kim var orada. Biz nicat verərik ona və onun əhlinə, ancaq onun arvadından başqa ki, o, qalanlardandır!»
A.Mehdiyev və D.Cəfərli:
(İbrahim) dedi: «Lut oradadır!» Dedilər: «Biz orada olanları daha yaxşı bilirik, mütləq onu və ailəsini xilas edəcəyik. Yalnız zövcəsindən başqa. O, (əzab içində) qalanlardandır».
Kövsər Tağıyev:
İbrahim: “Amma orada Lut da var”, – dedi. Onlar: “Orada kimin olduğunu biz daha yaxşı bilirik. Biz onu və ailəsini, əlbəttə, qurtaracağıq. Amma onun övrəti istisnadır. O, arxada qalıb həlak edilənlərdən olacaq”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
o dedi: "Axı Lut oradadır.” Onlar dedilər. "Biz kimin orada olduğunu yaxşı bilirik. Biz onu da, ailəsini də xilas edəcəyik. Tək arvadından başqa, o, qalanlardan [məhv edilənlərdən] olacaqdır."
Sabirə Dünyamalıyeva:
İbrahim: "Həqiqətən orada Lut var!" dedi. Onlar: "Biz orada kimin olduğunu çox yaxşı bilirik. Onu və geridə qalanlardan biri olan arvadı xaricində ailəsini də mütləq xilas edəcəyik" dedilər.