Əlixan Musayev:
O kəslərdən ki, öz dinini bölüb firqələrə ayrıldılar. Hər firqə öz təriqətini (üstün bilib) sevinir.
Bünyadov-Məmmədəliyev:
O kəslərdən ki, öz dinini parçalayıb firqə-firqə oldular (bəzisi bütlərə, bəzisi günəşə və aya, bəzisi ulduzlara səcdə etməyə başladılar). Hər bir firqə öz dininə (öz dininin haqq olduğuna) sevinər.
Elmir Quliyev
:
в числе тех, которые внесли раскол в свою религию и стали сектами, каждая из которых радуется тому, что имеет.
Ələddin Sultanov:
Öz dinlərini parçalayan və firqələrə ayrılan (müşriklərdən olmayın)! Hər firqə öz əlindəkinə görə sevinir.
Kerbelayi Malik ağa:
(O müşriklərdən olmayın ki) onlar dinlərində firqələrə ayrıldılar və qrup-qrup oldular. Bütün qruplar özlərində olanla fərəhlənirlər (sevinirlər).
Ələsgər Musayev:
o kəslərdən ki, firqələrə böldülər dinlərini və oldular şiələr.
Külli dəstə özlərində olana fərəhlənir.
A.Mehdiyev və D.Cəfərli:
O kəslərdən ki, öz dinlərini parçaladılar, bölük-bölük oldular və hər bir dəstə özündə olana sevinər.
Kövsər Tağıyev:
– dinlərini parçalayıb firqə-firqə olan kimsələrdən olmayın. (Onlardan) hər bir firqə özününkü (öz etiqadı) ilə sevinib qürrələnər.
M.Qənioğlu və T.Bilaloğlu:
O kəslərdən ki, onlar öz dinini parçalayaraq firqə-firqə oldular. Hər firqə isə özündə olanla qürrələnib fərəhlənər.
Sabirə Dünyamalıyeva:
-Hər firqə öz yanındakı şeylə sevinib təkəbbür göstərər.-