Sad Surəsi 32. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Süleyman) dedi: “Mən, (günəş) üfüqdə batanadək nemətə olan məhəbbəti Rəbbimi zikr etməkdən üstün tutdum (atlar məni əsr namazından yayındırdı)”.
Bünyadov-Məmmədəliyev:
O dedi: “Mən gözəlliyi (bu atları) Rəbbimin zikrindən (Tövratdan) dolayı sevirəm (çünki Allahın dinini qüvvətləndirmək üçün bir cihad vasitəsi kimi onların tərifi Tövratda mövcuddur). Nəhayət, (o atlar Süleymanın gözündən) qeyb olub gizləndi. (Və ya: bu atlara olan məhəbbəti məni Rəbbimin zikrindən yayındırdı. O qədər onlara tamaşa etdim ki, ikindi namazı qıla bilmədim)”.
Elmir Quliyev :
Он сказал: продолжал отдавать предпочтение любви к добру перед поминанием моего Господа, пока оно (солнце) не скрылось за преградой.
Ələddin Sultanov:
Bu zaman o: “Həqiqətən, mən mal-mülk (at) sevgisini Rəbbimi zikr etmək üçün istədim”, - dedi. Nəhayət, onlar gözdən itdilər.
Kerbelayi Malik ağa:
Bunun üzərinə dedi ki: ‘Şübhəsiz ki, mən (onları) Rəbbimin zikrindən üstün tutduğum üçün xeyirli sevgi ilə sevdim.’ Atlar toz-duman qoparıb qaçaraq toz pərdəsinin arxasında gözdən itincə.
Ələsgər Musayev:
Dedi: «Həqiqətən, mən sevdim xeyirli sevgi ilə Rəbbimin yad edilməyindən artıq. Ta o, pərdə dalında gizlənincə.
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Mən cihad atlarını Rəbbimi yada salmaq üçün sevirəm.» (Onun başı atlara tamaşa etməyə qarışdı və) nəhayət onlar gözdən itdilər (yaxud günəş batdı). [Yaxud: O, atlara tamaşa etməklə məşğul oldu duasının vaxtı keçdi və] dedi: «Mən (bilmədən) atların sevgisini Rəbbimin zikrindən üstün tutdum, nəhayət günəş batdı. (Deməli mən daha üstün əməli tərk etdim.)»
Kövsər Tağıyev:
Davuda Süleymanı bağışladıq. O gözəl bir qul idi! Şübhəsiz, o, Allaha çox yönələn bir kimsə idi.
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: “Mənim nemətə [atlara] olan meyl məhəbbətim gecə öz pərdəsini endirənə qədər məni öz Rəbbimi zikr etməkdən qoyur.
Sabirə Dünyamalıyeva:
Mən, mal-dövlət, mənfəət məhəbbətini, Rəbbimin zikr edilməsi səbəbindən sevdim. -Nəhayət, onlar pərdənin arxasına girdilər.-