Nisa Surəsi 32. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allahın birinizi digərinizdən üstün etdiyi şeyə tamah salmayın. Kişilərin qazandıqlarından öz nəsibi, qadınların da qazandıqlarından öz nəsibi vardır. Allahdan, Onun lütfünü diləyin. Həqiqətən, Allah hər şeyi Biləndir.
Bünyadov-Məmmədəliyev:
Allahın (maddi, yaxud mənəvi cəhətdən) birinizi digərindən üstün tutduğu (birinizə digərinizdən artıq verdiyi) şeyi (özünüzə) arzulamayın. Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır. (Dilədiyiniz şeyi) Allahın lütfündən (mərhəmətindən) istəyin! Şübhəsiz ki, Allah hər şeyi (olduğu kimi) biləndir.
Elmir Quliyev :
Не желайте того, посредством чего Аллах дал одним из вас преимущество перед другими. Мужчинам полагается доля того, что они приобрели, и женщинам полагается доля того, что они приобрели. Просите у Аллаха из Его милости, ведь Аллаху известно о всякой вещи.
Ələddin Sultanov:
Allahın birinizi digərindən üstün tutduğu şeyi (birinizə digərinizdən artıq verdiyi mal-mülkü) arzulamayın! Kişilər üçün qazandıqlarından bir pay, qadınlar üçün qazandıqlarından bir pay vardır. Allahdan, Onun lütfünü istəyin! Şübhəsiz ki, Allah hər şeyi biləndir. (Allah hər insana, onun qabiliyyətinə çalışmasına görə nemətlər bəxş etmişdir. Başqasının malına göz dikməyin yerinə, hər kəs öz əlindəki nemətə şükür etməli bir şey istədiyi zaman yalnız Allahdan istəməlidir.)
Kerbelayi Malik ağa:
Allahın bəzinizi bəzinizdən üstün etdiyi şeyləri təmənna etməyin (istəməyin). Kişilər üçün qazandıqlarından bir nəsib vardır qadınlar üçün qazandıqlarından bir nəsib vardır. Allahdan Onun fəzlindən istəyin. Şübhəsiz ki, Allah hər şeyi ən yaxşı biləndir.
Ələsgər Musayev:
təmənna etməyin fəzlindən Allahın, onu ki, verib bəzinizə üzərində bəzinizin. Kişilər üçün nəsib, nədən kəsb etdilər qadınlar üçün nəsib, nədən kəsb etdilər. sual edin Allaha fəzlindən Onun. Həqiqətən, Allah olar külli şey ilə Alim!
A.Mehdiyev və D.Cəfərli:
Heç vaxt Allahın, vasitəsilə birinizi digərinizdən üstün etdiyi şeyi arzulamayın (kişilər qadınlar bir-birlərinin şər’i, qanuni, cismi ruhi üstünlüklərini, eləcə heç bir şəxs ya dəstə başqasının Allah tərəfindən verilmiş mal, məqam övlad kimi üstünlüklərini arzulamasın. Çünki bu imtiyaz üstünlüklər hikmətə yaradılış aləminin kamilliyinə əsaslanır ona zidd arzular cəmiyyətdə paxıllığın fəsadın aşkar olmasına səbəb olur). Kişilərin (ixtiyari ya qeyri-ixtiyari xüsusiyyətlərlə) qazandıqlarından (əldə etdiklərindən) payları vardır. Həmçinin qadınların qazandıqlarından payları vardır. Allahdan (bir şey istədikdə) Onun fəzlindən istəyin ki, həqiqətən Allah hər bir şeyi biləndir (hər bir kəsə onun xeyrinə olanı verir).
Kövsər Tağıyev:
Allahın birinizi digərinizdən üstün tutmağa vəsilə etdiyi şeyləri (həsəd edərək) arzulamayın. Kişilərə qazandıqlarından bir pay var. Qadınlara da qazandıqlarından bir pay var. Allahdan Onun lütfünü istəyin. Şübhəsiz, Allah hər şeyi haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın bəzilərinə nisbətən digərinizə verdiyi üstünlük təmənnasında olmayın. Kişilərə öz qazandıqları, qadınlara da öz qazandıqları nəsib olacaqdır. Allahdan Onun mərhəmətini diləyin. Həqiqətən, Allah hər şeyi biləndir.
Sabirə Dünyamalıyeva:
Allahın bəzilərinizə bəzilərinizdən artıq verdiyi şeyləri arzulamayın. Kişilərə qazandıqlarından bir pay var. Qadınlara da qazandıqlarından bir pay var. Allahın fəzlindən istəyin. Şübhəsiz ki, Allah hər şeyi ən yaxşı biləndir.