Əlixan Musayev:
Sənin Rəbbinin mərhəmətini onlarmı bölüşdürürlər? Biz dünya həyatında onların dolanışıqlarını aralarında bölüşdürdük. Biri digərini öz yanına işçi götürsün deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün etdik. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından daha xeyirlidir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Məgər sənin Rəbbinin mərhəmətini (peyğəmbərliyini) onlarmı paylaşdırırlar?! Dünyada onların dolanacaqlarını (keçinəcəklərini) öz aralarında Biz bölüşdürdük. Bir-birlərinə iş gördürsünlər deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün tutduq. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından (dünya malından) daha yaxşıdır!
Elmir Quliyev
:
Разве это они распределяют милость твоего Господа? Мы распределили между ними их средства к существованию в мирской жизни и возвысили одних из них над другими по степеням, чтобы одни из них брали в услужение себе других. Милость твоего Господа лучше того, что они собирают.
Ələddin Sultanov:
Rəbbinin mərhəmətini onlarmı bölüşdürürlər? Onların dünya həyatındakı dolanışıqlarını aralarında Biz bölüşdürdük. Bir-birlərinə iş gördürsünlər deyə onlardan bəzilərini (zənginlik) dərəcəsi etibarilə digərlərindən üstün etdik. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından daha xeyirlidir.
Kerbelayi Malik ağa:
Rəbbinin rəhmətini onlarmı bölüşdürürlər? Biz onların dünya həyatında məişətlərini (dolanışıqlarını) aralarında bölüşdürmüşdük. Onların bir qisminin dərəcələrini digərlərinin üzərinə yüksəltdik (üstün etdik). Onların bir qismi digərlərini əmri altında işlətsin deyə. Sənin Rəbbinin rəhməti onların yığdığı şeylərdən (başqa insanları işlətməyib yığdıqları puldan) daha xeyirlidir.
Ələsgər Musayev:
Ə, onlarmı təqsim edirlər rəhmətini sənin Rəbbinin? Biz
təqsim etdik arasında onların məişətlərini dünya həyatında və
rəfləndirdik bəzisini onların fövqündə bəzisinin dərəcələrlə,
götürməsi üçün bəzisi onların bəzisini xidmət üçün. Rəhməti
Rəbbinin xeyirlidir nədən ki, cəm edirlər!
A.Mehdiyev və D.Cəfərli:
Məgər sənin Rəbbinin (peyğəmbərlik, hidayət və cəmiyyətin tərbiyəsi kimi) mərhəmətini onlar bölüşdürürlər (ki, istədiklərinə versinlər)?! Dünya həyatında onların məişət vasitələrini aralarında Biz bölüşdürmüşük və (maddi və mənəvi kamilliklər baxımından) onların bəzilərini bəzilərindən bir neçə dərəcə üstün etmişik ki, bəziləri digər bəzilərini xidmətə götürsünlər (və nəticədə bəşər cəmiyyətinin daha kamil və layiqli idarə sistemi formalaşsın). Sənin Rəbbinin mərhəməti (peyğəmbərlik, ümumi vilayət və din) onların topladıqlarından daha yaxşıdır.
Kövsər Tağıyev:
Rəbbinin rəhmətini onlar bölüşdürürlər? Dünya həyatında onların dolanacaqlarını aralarında biz bölüşdürdük. Bir-birilərinə iş gördürmələri üçün (müxtəlif sahələrdə) bəzilərini bəzilərindən dərəcə baxımından üstün tutduq. Rəbbinin rəhməti onların yığdıqları (dünya malı) şeylərdən daha xeyirlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar sənin Rəbbinin mərhəmətinimi bölürlər? Biz, bu dünya həyatında onların ruzilərini aralarında böldük, bir qismini digərindən bir neçə mərtəbə üstün etdik ki, biri o birisini xidmətə götürsün. Sənin Rəbbinin mərhəməti onların (dünyada) topladıqlarından daha xeyirlidir.
Sabirə Dünyamalıyeva:
Rəbbinin mərhəmətini onlarmı bölüşdürürlər? Bu bəsit dünya həyatında, dolanışıqlarını onların arasında Biz bölüşdürdük, Biz. Bir-birlərinə işlərini gördürsünlər deyə, Biz onların bir qismini digər bir qisminin üstündə dərəcələrlə ucaltdıq. Və Rəbbinin mərhəməti onların yığdıqları şeylərdən daha xeyirlidir.