Əlixan Musayev:
(Sizə): “Allahın vədi haqdır və o Saata heç bir şəkk-şübhə yoxdur!”– deyildiyi zaman: “Biz o Saatın nə olduğunu bilmirik! Onun ancaq bir zənn olduğunu güman edirik. Biz (buna )əmin deyilik!”– deyirdiniz”.
Bünyadov-Məmmədəliyev:
(Sizə: ) “Allahın (ölüləri dirildəcəyi barədəki) vədi haqdır və o saata (qiyamətin qopacağına) heç bir şəkk-şübhə yoxdur!” – deyildiyi zaman: “O saat nədir, bilmirik! Onun ancaq bir zənn (güman) olduğu qənaətindəyik. Biz (qiyamətin qopacağına) əmin deyilik!” – deyə cavab verdiniz.
Elmir Quliyev
:
Когда вам говорили, что обещание Аллаха истинно и что в Часе нет сомнения, вы говорили: “Мы не знаем, что такое Час. Мы полагаем, что это — всего лишь предположения. Мы не имеем твердой убежденности”".
Ələddin Sultanov:
Sizə: “Allahın (insanları yenidən dirildəcəyinə dair) vədi haqdır, qiyamət barəsində də heç bir şübhə yoxdur!” - deyildiyi zaman siz: “Qiyamətin nə olduğunu bilmirik. Onun yalnız bir zənn olduğunu güman edirik. Bizim bu haqda dəqiq bir məlumatımız yoxdur”, - demişdiniz”.
Kerbelayi Malik ağa:
‘Allahın vədi və haqqında şübhə olmayan o saat (qiyamət) haqdır.’ deyildiyi zaman siz: ‘Biz o saat (qiyamət) nədir bilmirik? Yalnız bir zənn olduğunu güman edirik. Biz yəqin sahibi deyilik.’ dediniz.
Ələsgər Musayev:
Onda ki,
deyildi: «Həqiqətən, vədi Allahın haqdır və saat ki, onda şübhə
yoxdur!», - dediniz: «Biz dərk etmirik nədir saat. Biz zənn
edirik, ancaq zənnən və bizim ona yəqinliyimiz yoxdur!»
A.Mehdiyev və D.Cəfərli:
«Şübhəsiz, Allahın vədi haqdır və Qiyamət barəsində heç bir şəkk-şübhə yoxdur» deyilən zaman «biz Qiyamətin nə olmasını bilmirik; biz ancaq güman edirik və biz yəqinliyə çatmamışıq» deyirdiniz.
Kövsər Tağıyev:
“Şübhəsiz, Allahın vədi haqdır, qiyamət haqqında heç bir şübhə yoxdur”, – deyildiyi zaman isə: “Qiyamətin nə olduğunu bilmirik, sadəcə zənn edirik. Biz bu barədə əmin deyilik”, – demişdiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizə: “Allahın vədi haqdır və qiyamət gününə şübhə yoxdur? - deyiləndə siz: “Biz qiyamət gününün nə olduğunu bilmirik, biz ancaq bəlzi zənlər qururuq və (buna) əmin deyilik." - deyirdiniz?
Sabirə Dünyamalıyeva:
Və "Allahın və'di şübhəsiz haqdır; və qiyamət anına gəlincə, onda şübhə yoxdur" deyildiyində, "Qiyamət anının nə olduğunu bilmirik, biz, yalnız zənn edirik, qəti bir məlumata sahib deyilik" dediniz.