Nəcm Surəsi 32. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan iyrənc əməllərdən çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. O, sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində rüşeym halında olanda da sizi yaxşı tanıyırdı. Özünüzü təmizə çıxartmayın! Çünki O, kimin (Allahdan) qorxduğunu yaxşı bilir.
Bünyadov-Məmmədəliyev:
(O yaxşılıq edənlər ki) kiçik günahlar (xətalar) istisna olmaqla, böyük günahlardan rəzil işlərdən (zinadan) çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır. Sizi torpaqdan yaradan da, siz analarınızın bətnlərində rüşeym halında olanda da sizi ən gözəl tanıyan Odur. Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir!
Elmir Quliyev :
Они избегают великих грехов и мерзостей, кроме мелких и немногочисленных проступков. Воистину, твой Господь обладает необъятным прощением. Ему было лучше знать о вас, когда Он сотворил вас из земли и когда вы были зародышами в утробах ваших матерей. Не восхваляйте самих себя, ибо Ему лучше знать тех, кто богобоязнен.
Ələddin Sultanov:
Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan əxlaqsız işlərdən çəkinənlərdir. Şübhəsiz ki, Rəbbinin məğfirəti genişdir. Sizi torpaqdan yaradarkən də, siz analarınızın bətnlərində rüşeym halında ikən O sizi yaxşı tanıyırdı. Ona görə özünüzü təmizə çıxartmayın! Allah günahlardan çəkinəni Ondan qorxanı yaxşı tanıyır.
Kerbelayi Malik ağa:
Onlar ki, kiçik günahlar xaric, böyük günahlardan çirkin əməllərdən çəkinərlər. Şübhəsiz ki, Rəbbin məğfirəti geniş olandır. O, sizi daha yaxşı biləndir. O, sizi torpaqdan yaratmışdı. Siz analarınızın bətnində rüşeym halında idiniz. Elə isə nəfslərinizi təmizə çıxarmayın. Allah kimin təqva sahibi olduğunu daha yaxşı biləndir.
Ələsgər Musayev:
O kəslər ki, böyük günahlardan fahişəlikdən çəkinirlər, ancaq kiçik əməllərdən. Həqiqətən, Rəbbin geniş məğfirət sahibidir! O bildi sizi, onda inşa etdi sizi ərzdən onda analarınız bətnində rüşeym idiniz. Bəs öz nəfsinizi paklığa çıxartmayın: O bilir o kəsləri ki, müttəqidirlər.
A.Mehdiyev və D.Cəfərli:
Həmin o kəslərə ki, kiçik təsadüfi günahlar istisna olmaqla, həmişə (dünyada şər’i cəza, axirət üçün isə od vəd edilmiş) böyük günahlardan (İslamda cəza təyin edilmiş) çirkin əməllərdən çəkinirlər. Sənin Rəbbinin əfvi doğrudan da genişdir. O sizi həm torpaqdan yaradanda, həm analarınızın bətnində rüşeym halında olanda çox yaxşı tanıyır. Odur ki, özünüzü tərifləməyin. O, təqvalı olanı daha yaxşı tanıyır.
Kövsər Tağıyev:
Onlar kiçik qüsurlar xaricində böyük günahlardan çirkin işlərdən uzaq duran kimsələrdir. Şübhəsiz, Rəbbin bağışlaması çox geniş olandır. Sizi torpaqdan yaradanda da, analarınızın qarnında rüşeymlər olanda da ən yaxşı biləndir. Odur ki, özünüzü təmizə çıxarmayın. Çünki O, Allaha qarşı gəlməkdən çəkinənləri ən yaxşı biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
O kəsləri ki, onlar kiçik günahlar istisna olmaqla böyük günahlardan çirkin əməllərdən uzaq qaçırlar. Həqiqətən, sənin Rəbbin bağışlamaqda ürəyi genişdir! O, sizi torpaqdan yaradanda da, hələ siz analarınızın bətnində rüşeym halında olanda da sizi çox yaxşı tanıyır. Öz-özünüzü təmizə çıxarmayın. O, kimin Allahdan daha çox qorxduğunu yaxşı bilir.
Sabirə Dünyamalıyeva:
Həqiqətən sənin Rəbbinin məğfirəti genişdir. Sizi, torpaqdan əmələ gətirəndə də, analarınızın bətnində rüşeymlər halında olduğunuz zamanda da ən yaxşı tanıyan Odur. Elə isə, nəfslərinizi təmizə çıxarmayın. Allahın mühafizəsi altına daxil olan kəsi O daha yaxşı tanıyır.