Əlixan Musayev:
Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məgər anlamırsınız?
Bünyadov-Məmmədəliyev:
Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?
Elmir Quliyev
:
Мирская жизнь — всего лишь игра и потеха, а последняя обитель лучше для тех, кто богобоязнен. Неужели вы не разумеете?
Ələddin Sultanov:
Dünya həyatı yalnız oyun və əyləncədən ibarətdir. Şübhəsiz, axirət yurdu təqva sahibləri üçün daha xeyirlidir. Yenə də düşünüb dərk etmirsinizmi?
Kerbelayi Malik ağa:
Dünya həyatı bir oyun və əyləncədən başqa bir şey deyil. Axirət yurdu təqva sahibləri üçün əlbəttə daha xeyirlidir. Məgər dərk etmirsinizmi?
Ələsgər Musayev:
Dünya həyatı ancaq oyun və əyləncədir. Axirət yurdu isə xeyirlidir o kəslər üçün ki, təqvalıdırlar. Ə, məgər əql etməzsinizmi?
A.Mehdiyev və D.Cəfərli:
Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir və şübhəsiz, axirət evi təqvalılar üçün daha yaxşıdır. Heç düşünmürsünüz?
Kövsər Tağıyev:
Dünya həyatı ancaq bir oyun və əyləncədir. Əlbəttə ki, axirət yurdu Allaha qarşı gəlməkdən çəkinənlər üçün daha xeyirlidir. Hələ də ağlınızı işlətməyəcəksinizmi?
M.Qənioğlu və T.Bilaloğlu:
Bu dünyadakı həyat oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət evi daha yaxşıdır. Məgər (bu) ağlınıza batmır?
Sabirə Dünyamalıyeva:
Və bəsit dünya həyatı, sadəcə əyləncə və oyundan ibarətdir. Son yurd/Axirət yurdu isə, Allahın mühafizəsi altına daxil olanlar üçün həqiqətən daha xeyirlidir. Hələ də ağlınızı işlətməyəcəksinizmi?