Ənfal Surəsi 32. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O zaman onlar: “Ey Allah! Əgər bu, Sənin tərəfindən (gəlmiş) bir haqdırsa, onda üstümüzə göydən daş yağdır ya bizə üzücü bir əzab göndər”– demişdilər.
Bünyadov-Məmmədəliyev:
Bir zaman da: “Ya Allah! Əgər bu (Quran) Sənin tərəfindən gəlmiş haqdırsa, onda başımıza göydən daş yağdır ya bizə şiddətli bir əzab göndər!” demişdilər.
Elmir Quliyev :
Вот они сказали: Аллах! Если это является истиной от Тебя, то обрушь на нас камни с неба или же подвергни нас мучительным страданиям".
Ələddin Sultanov:
Onlar vaxtilə belə demişdilər: “Ey Allahım! Əgər bu (Quran) Sənin dərgahından gələn bir həqiqətdirsə, onda başımıza göydən daş yağdır, yaxud bizə acı bir əzab gətir!”
Kerbelayi Malik ağa:
Onlar: ‘Allahım əgər bu (Qurani Kərim), o haqq olan (Kitab), Sənin dərgahındandırsa, o zaman üzərimizə səmadan daş yağdır ya bizə acılı-ağrılı əzabı gətir.’ demişdilər.
Ələsgər Musayev:
Onda dedilər: «Allahım! Əgər oldu bu haqq sənin yanından, yağdır üzərimizə daşları səmadan ya gəl bizə ələmli əzabla!»
A.Mehdiyev və D.Cəfərli:
(yada sal) o zaman(ı) ki, (Qur’anı inkar edən müşriklər) «ey Allahımız, əgər bu, Sənin tərəfindən (vəd olunmuş) həmin haqdırsa, onda göydən bizə daş yağdır, ya bizim üçün başqa bir ağrılı əzab gətir» dedilər.
Kövsər Tağıyev:
Bir vaxt onlar: “Ey Allahım, əgər bu (Qur`an) sənin qatından enmiş haqq (kitab)dırsa, dərhal üzərimizə göydən daş yağdır ya bizə ağrılı-acılı bir əzab gətir”, demişdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman onlar dedilər: "İlahi, əgər bu Səndən olan bir haqdırsa, onda göydən bizim üstümüzə daş yağdır ya bizə üzücü bir əzab göndər".
Sabirə Dünyamalıyeva:
Bir vaxt da onlar, "Ey Allahım! Əgər bu, Sənin tərəfindən gəlmiş bir haqq/gerçək isə, heç dayanma, üstümüzə göydən daş yağdır yaxud bizə çox şiddətli bir əzab göndər" demişdilər.