Əlixan Musayev:
Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə (buna) yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar.
Bünyadov-Məmmədəliyev:
Onlar Allahın nurunu (dəlillərini, islam dinini, Quranı) ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər.
Elmir Quliyev
:
Они хотят потушить свет Аллаха своими устами. Но Аллах не допустит этого и завершит распространение Своего света, даже если это ненавистно неверующим.
Ələddin Sultanov:
Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Ancaq kafirlərin xoşuna gəlməsə də, Allah əsla Öz nurunu tamamlamaqdan geri durmaz.
Kerbelayi Malik ağa:
(Onlar) ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah kafirlərin xoşuna gəlməsə belə, nurunu tamamlamaqdan başqa bir şey istəməz.
Ələsgər Musayev:
Istəyirlər ki, Allahın nurunu ağız sözlərilə söndürsünlər,
amma Allah qoymaz başqasını, ancaq Öz nurunu tamamlamaq
istər, əgər kafirlər kərahətli olsalar da.
A.Mehdiyev və D.Cəfərli:
Onlar sözləri ilə Allahın nurunu (Onun dinini və kitabını) söndürmək istəyirlər, halbuki Allah kafirlərə xoş gəlməsə belə, yalnız Öz nurunu (hətta zamanın keçməsi, ağılların kamilləşməsi və bütün aləmin islahedicisinin gəlməsi ilə olsa da) kamilləşdirmək istəyir.
Kövsər Tağıyev:
Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də Allah nurunu tamamlamaqdan başqa bir şeyə razı olmaz.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər, Allah isə, kafirlərə xoş gəlməsə də, Öz nurunu tamamlamaqdan başqa bir şey istəməz.
Sabirə Dünyamalıyeva:
Onlar, Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Halbuki Allah, kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərə] xoş gəlməsə də Öz nurunu tamamlamaqda qərarlıdır.