Əlixan Musayev:
(Yusuf) dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur. Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən mən onlara meyl edər və cahillərdən olaram”.
Bünyadov-Məmmədəliyev:
(Yusif) dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər (bu qadınların) hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram”.
Elmir Quliyev
:
Он сказал: "Господи! Темница мне милее того, к чему меня призывают. Если Ты не отвратишь от меня их козни, то я уступлю им и окажусь в числе невежд".
Ələddin Sultanov:
Yusif dedi: “Ey Rəbbim! Zindan mənim üçün onların məni dəvət etdiklərindən daha yaxşıdır. Əgər onların hiyləsini məndən uzaqlaşdırmasan, onlara meyil salar və cahillərdən olaram”.
Kerbelayi Malik ağa:
(Yusif ə.s) belə dedi: ‘Rəbbim, zindan məni ona dəvət etdikləri şeydən daha sevimlidir.’ Onların (qadınların) hiylələrindən məni uzaqlaşdırmazsan onlara meyl edərəm və cahillərdən olaram.
Ələsgər Musayev:
Dedi: «Rəbbim!
Zindan mənə onların istəklərindən yaxşıdır. Əgər Sən onların
fəndlərini məndən uzaq etməsən, onlara meyl edib və
cahillərdən olaram».
A.Mehdiyev və D.Cəfərli:
(Yusuf) dedi: «Ey Rəbbim, mənim üçün zindan bunların məni dəvət etdiklərindən daha xoşdur və əgər bu qadınların məkr və hiyləsini məndən dəf etməsən, onlara meyl edər və nadanlardan olaram.»
Kövsər Tağıyev:
Yusuf: “Ey Rəbbim! Zindan mənə bunların məni dəvət etdiyi şeydən daha sevimlidir. Onların hiylələrini məndən uzaqlaşdırmasan, onlara meyl edər və cahillərdən olaram”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
O [Yusuf] dedi: "Rəbbim, məni sövq etdirdikləri (işdən) zindan mənim üçün daha yaxşıdır. Əgər onların məkrini məndən kənar etməsən, mən də onlara meyl edərəm və cahillərdən olaram".
Sabirə Dünyamalıyeva:
Yusif: "Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur. Əgər Sən, bunların hiyləsini məndən dəf etməsən, mən onların tələsinə düşərəm və cahil kəslərdən olaram" dedi.