Bəqərə Surəsi 33. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Allah) dedi: “Ey Adəm, bunların adlarını onlara bildir!” O, bunların adlarını onlara bildirdikdə (Allah) dedi: “Mən sizə demədim ki, göylərdə yerdə olan qeybi, aşkara çıxartdığınızı gizli saxladığınızı bilirəm?”
Bünyadov-Məmmədəliyev:
(Sonra) O: “Ey Adəm, bunların (kainatda mövcud olan əşyanın) adlarını onlara bildir!”- dedi. (Adəm) onlara (mələklərə) bunların adlarını xəbər verdikdə (Allah): “Mən sizə, göylərin yerin gözə görünməyən sirlərini sizin gizlində - aşkarda etdiyinizi bilirəm, söyləmədimmi?” buyurdu.
Elmir Quliyev :
Он сказал: Адам! Поведай им об их именах". Когда Адам поведал им об их именах, Он сказал: "Разве Я не говорил вам, что знаю сокровенное на небесах и земле, и знаю, что вы совершаете открыто и что утаиваете?"
Ələddin Sultanov:
Allah dedi: “Ey Adəm, bunların adlarını onlara bildir!” Adəm mələklərə onların adlarını bildirdiyi zaman Allah dedi: “Sizə demədimmi ki, Mən göylərin yerin qeybini, eləcə sizin gizlətdiklərinizi aşkar etdiklərinizi bilirəm?!”
Kerbelayi Malik ağa:
(Allah): 'Ey Adəm! Bunları onlara adları ilə bildir.' dedi. Adəm onları adları ilə onlara bildirdiyi zaman (Allah mələklərə): 'Mən sizə demədimmi, şübhəsiz ki, Mən göylərin yerin bilinməyənlərini bilirəm. Sizin açıqladığınız gizlətmiş olduğunuz şeyləri bilirəm?' dedi.
Ələsgər Musayev:
Dedi: «Ay Adam! Xəbər ver onlara isimləri ilə onların!» amma elə ki, xəbər verdi onlara isimləri ilə onların, dedi: «Ə, demədimmi sizəhəqiqətənMən bilirəm qeybini səmaların ərzin bilirəm ki, aşkar edirsiniz ki, oldunuz gizlədənlər».
A.Mehdiyev və D.Cəfərli:
Allah buyurdu: «Ey Adəm, onların adlarını (ya onların həqiqətlərini sirlərini) mələklərə xəbər ver.» Elə ki, (Adəm onların) adlarını (ya həqiqətlərini) mələklərə xəbər verdi, Allah buyurdu: «Sizə demədimmi ki, həqiqətən Mən göylərin yerin gizlinliklərini bilirəm sizin həm aşkar etdiyinizdən, həm gizlətdiyinizdən xəbərdaram?!»
Kövsər Tağıyev:
Allah belə dedi: “Ey Adəm! Onlara bunların adlarını de!” Adəm mələklərə onların adlarını bildirdikdə, Allah: “Sizə göylərin yerin qeybini, şübhəsiz ki, mən bilərəm, açıqladıqlarınızı da, gizli saxladıqlarınızı da yenə mən bilərəm, demədimmi?” dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: "Ey Adəm, onların adlarını bunlara bildir !" O, (Adəm) da onların adlarını bunlara bilridikdə O dedi: "Bəs sizə demədimmi ki, göylərdə yerdə gizli olanları Mən bilirəm ? Onu da bilirəm ki, siz nəyi aşkar edir, nəyi gizlədirsiniz."
Sabirə Dünyamalıyeva:
Sənin Rəbbin dedi ki: "Ey Adəm! Söylə onlara onların adlarını." Sonra da Adəm onlara, onların adlarını xəbər verdikdə, sənin Rəbbin dedi: "Mən sizə deməmişdimmi! Şübhəsiz ki, Mən, göylərin yerin görünməyənini, eşidilməyənini, hiss edilməyənini, keçmişi, gələcəyi bilirəm. Mən, sizin aşkar etdiklərinizi gizlində saxladığınızı bilirəm" dedi.