Əlixan Musayev:
Onlarda (qurbanlıq heyvanlarda) sizin üçün müəyyən bir vaxta qədər mənfəət vardır. Sonra onların kəsiləcəyi yer qədim evin (Kəbənin) yaxınlığındadır.
Bünyadov-Məmmədəliyev:
Sizin üçün (qurbanlıq heyvanlarda) müəyyən bir vaxta qədər mənfəət vardır. (Kəsilənə qədər onları minər, südünü içər, yunundan istifadə edərsiniz). Sonra onların gətirilib kəsiləcəyi yer (Mina) qədim ev (Kəbə) istiqamətindədir. (Yaxud həcc əməllərini yerinə yetirməkdə sizin üçün qiyamətə qədər mənfəət vardır. Həcc günləri Kəbəyə toplanar, bütün müsəlmanlara lazım olan dini və dünyəvi məsələlər barəsində məsləhət-məşvərət edərsiniz).
Elmir Quliyev
:
Они (жертвенные животные) приносят вам пользу до определенного времени, а место их заклания — у древнего Дома (Каабы).
Ələddin Sultanov:
Onlarda (qurbanlıq heyvanlarda) müəyyən bir vaxta qədər sizin üçün faydalar vardır. Sonra onların kəsiləcəyi yer qədim evin (Kəbənin) yanıdır.
Kerbelayi Malik ağa:
Onda sizin üçün müəyyən bir müddətə (kəsilmə zamanına) qədər mənfəətlər (südündə, yununda faydalar) vardır. Sonra onun yeri Beyti Atiqdir (Kəbədir).
Ələsgər Musayev:
Sizin üçün onda mənfəət var müəyyən
olunmuş əcələ qədər. Sonra onun məhəlləsi beytül ətiqin
tərəfinədir.
A.Mehdiyev və D.Cəfərli:
Onda (qurbanlıq heyvanlarda) müəyyən müddətədək (ehram bağlayandan onları kəsənə kimi) sizin üçün (süd, yun, bala vermələri və minik olmaları kimi) mənfəətlər vardır. Sonra onları qurban kəsməyin vaxtı o qədim və azad (Kə'bə) ev(in)ə çatandadır.
Kövsər Tağıyev:
Onlarda sizin üçün müəyyən bir vaxta qədər bəzi mənfəətlər var. Sonra da qurbanlıq olaraq gedəcəkləri yer Beyti-Ətiq (Kəbə)dir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlardan [mal-qaradan] sizə müəyyən bir müddətə qədər xeyirlər vardır, sonra isə onların yolu (qurbanlıq kimi) Beytul-ətiqədir.
Sabirə Dünyamalıyeva:
- sizin üçün onlarda müəyyən bir vaxta qədər mənfəət var. Sonra, onların [gedib] çatacağı yer Beyti-ətiq/köhnə ev/azad ev/Kəbə olacaq.