Əlixan Musayev:
Əlini (qoynundan) çıxardan kimi o, baxanların (gözü qabağında) ağappaq (nur saçan bir əl) oldu.
Bünyadov-Məmmədəliyev:
Sonra əlini (qoltuğunun altından, yaxud qoynundan) çıxarar-çıxartmaz o, baxanlara ağappaq göründü (parlaq bir nur kəsildi).
Elmir Quliyev
:
Он вынул свою руку, и она стала белой (цвета молока, светящейся) для тех, кто смотрел на нее.
Ələddin Sultanov:
Əlini (qoynundan) çıxartdı və bu vaxt o, baxanlara ağappaq göründü.
Kerbelayi Malik ağa:
Əlini çıxartdı. O zaman onu seyr edənlər üçün o ağappaq (nurlu) oldu.
Ələsgər Musayev:
Və əlini çıxartdı və onda o, baxanlar üçün bəyazdır.
A.Mehdiyev və D.Cəfərli:
Və əlini (qoynunun altından) çıxardanda, o, baxanlara qəflətən (gözqamaşdırıcı) ağappaq və nurlu göründü.
Kövsər Tağıyev:
Əlini qoynundan çıxaran kimi əli baxanların nəzərində ağappaq göründü.
M.Qənioğlu və T.Bilaloğlu:
O, əlini çıxartdı və ona baxanlara dərhal ağappaq göründü.
Sabirə Dünyamalıyeva:
Gücünü də çəkdi çıxardı. Bir də baxırsan ki, o güc, izləyənlərə çox mükəmməl, heç qüsursuzdur.