Əlixan Musayev:
Elçilərimiz Lutun yanına gəldikdə o, onlara görə kədərləndi və ürəyi sıxıldı. Onlar dedilər: “Qorxma və kədərlənmə! Biz səni və sənin ailəni xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalanlardan olacaq.
Bünyadov-Məmmədəliyev:
Elçilərimiz Lutun yanına gəldikdə (Lut) onlara görə kədərləndi və ürəyi qısıldı. (Mələklər Lutun yanına cavan, qəşəng oğlanlar qiyafəsində gəldikləri üçün o öz tayfasının onlara pislik yetirəcəyindən qorxub məyus oldu). Onlar dedilər: “Qorxma və kədərlənmə. Biz səni və ailəni xilas edəcəyik. Yalnız övrətindən başqa. O (əzab içində) qalanlardan olacaq!
Elmir Quliyev
:
Когда Наши посланцы прибыли к Луту (Лоту), он огорчился и почувствовал свое бессилие. Тогда они сказали: "Не бойся и не печалься! Мы спасем тебя и твою семью, кроме твоей жены, которая будет в числе оставшихся позади.
Ələddin Sultanov:
Elçilərimiz Lutun yanına gəldiklərində Lut onlara görə narahat oldu və ürəyi sıxıldı. Onlar belə dedilər: “Qorxma, kədərlənmə! Şübhəsiz, biz arvadın istisna olmaqla, səni və ailəni xilas edəcəyik. O, (əzab içində) qalanlardan olacaqdır.
Kerbelayi Malik ağa:
(Mələk) Rəsullarımız Luta (ə.s) gəldiyi zaman kədərləndi, təlaşlandı və ürəyi sıxıldı. (Rəsullar): ‘Qorxma və kədərlənmə. Şübhəsiz ki, biz zövcəndən başqa səni və ailəni mütləq xilas edəcəyik. (Sənin zövcən) geridə qalanlardan olacaq.’ dedilər.
Ələsgər Musayev:
Amma elə ki, gəldilər rəsullarımız Lutun yanına, onlara görə məyus oldu və onların qarşısında özünün zəifliyini hiss etdi. Dedilər: «Xoflanma və hüznlü olma! Biz nicat verərik sənə və sənin əhlinə, ancaq sənin arvadından başqa ki, o, qalanlardandır.
A.Mehdiyev və D.Cəfərli:
Bizim göndərdiklərimiz (elçilərimiz) Lutun yanına gələndə, onlara (qövmünün onların dalınca gələ biləcəklərinə) görə halı pisləşdi və taqəti azaldı. Dedilər: «Qorxma və qəmgin olma, Biz sənin və ailənin xilaskarıyıq. Yalnız zövcəndən savayı. O (əzab içində) qalanlardandır».
Kövsər Tağıyev:
Elçilərimiz Lutun yanına gəldikləri zaman Lut onlara görə kədərləndi və onlar barəsində məyus oldu. Elçilər ona: “Qorxma, məyus olma. Biz səni və ailəni xilas edəcəyik. Amma övtərin istisnadır. O, arxada qalıb həlak edilənlərdən olacaq”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Elçilərimiz Lutun yanına gələndə o, bundan məyus oldu və onlara görə ürəyi sıxıldı. Onlar dedilər: "Qorxma və kədərlənmə. Biz səni və sənin ailəni xilas edəcəyik. Tək arvadından başqa, o, qalanlardan [məhv edilənlərdən] olacaqdır.
Sabirə Dünyamalıyeva:
Elçilərimiz Lutun yanına gəldikləri zaman, o, onlara görə qayğılandı. Və onların üzündən əli-qolu bağlanıb qaldı. Və elçilər: "Qorxma, kədərlənmə! Şübhəsiz ki, biz, səni və geridə qalanlardan biri olan arvadın xaricində yaxınlarını da xilas edəcəyik.