Əlixan Musayev:
Zəiflər özləri haqda yüksək rəydə olanlara deyərlər: “Xeyr! (İşiniz) gecə-gündüz hiylə qurmaq idi. Siz bizə Allahı inkar etməyi və Ona şəriklər qoşmağı əmr edirdiniz”. Onlar əzabı gördükdə peşmançılıq hissini gizlədərlər. Kafirlərin boyunlarına zəncirlər vurarıq. Onlar ancaq etdikləri əməllərə görə cəzalandırılarlar.
Bünyadov-Məmmədəliyev:
Acizlər özlərini yuxarı tutanlara deyərlər: “Xeyr bəs gecə-gündüz qurduğunuz hiylələr? O zaman ki, bizə Allahı danmağı və Ona şəriklər qoşmağı əmr edirdiniz”. Onlar əzabı gördükdə için-için peşman olarlar. Küfr edənlərin boyunlarına zəncir vurarıq. Onlar ancaq (dünyada) etdikləri əməllərin cəzasını çəkərlər.
Elmir Quliyev
:
Тогда те, которые были слабыми, скажут тем, которые превозносились: "Вы замышляли козни ночью и днем и велели нам не верить в Аллаха и равнять с Ним других". Когда же они увидят мучения, они утаят раскаяние. Мы наложим оковы на шеи неверующих. Разве им не воздается только за то, что они совершали?
Ələddin Sultanov:
Zəiflər də təkəbbürlənənlərə: “Əksinə, siz gecə-gündüz hiylə qururdunuz. O zaman bizə Allahı inkar etməyimizi və Ona şəriklər qoşmağımızı əmr edirdiniz”, - deyəcəklər. Onlar əzabı gördükləri zaman peşmançılıqlarını gizlədəcəklər. Biz kafirlərin boyunlarına zəncirlər vuracağıq. Onlar yalnız etdikləri əməllərə görə cəzalandırılacaqlar.
Kerbelayi Malik ağa:
Zəifliyə uğradılanlar təkəbbürlənənlərə: ‘Xeyr, (işiniz) gecə və gündüz hiylə idi. Bizə Allahı inkar etməyimizi və Ona bütləri şərik qoşmağımızı əmr edirdiniz.’ dedilər. Əzabı gördükləri zaman peşmanlıqlarını gizlədərlər (için-için peşman olarlar). İnkar edənlərin boyunlarına halqalar (zəncirlər) keçirdik. Məgər onlar etdiklərindən başqa bir şeyləmi cəzalandırılırlar?
Ələsgər Musayev:
Dedilər
o kəslər ki, zəif idilər, o kəslərə ki, təkəbbürlü idilər: «Bəli!
Məkr gecə və gündüzdə o idi ki, onda siz əmr etdiniz bizə ki,
kafir olaq Allah ilə və Ona oxşar edək!» Və gizlətdilər
peşmanlıqlarını, onda ki, əzabı gördülər və Biz etdik zəncirlər o
kəslərin boyunlarına ki, kafirdirlər. Məgər cəza olunarmı onlara
etdikləri əməllərdən başqası?
A.Mehdiyev və D.Cəfərli:
Və zəiflədilənlər təkəbbürlük edənlərə deyərlər: «Əslində (bizi azdıran sizin) gecə-gündüz (qurduğunuz) hiylə idi, o zaman ki, bizə Allaha kafir olmağı və Ona şəriklər qoşmağı əmr edirdiniz.» Onlar əzabı gördükdə (öz) peşmançılıqlarını gizlədərlər. Biz kafir olanların boyunlarına dəmir halqa keçirdərik, məgər etdiklərindən (yaxud etdikləri əməlin təcəssümündən) başqa bir şeyləmi cəzalandırılırlar?!
Kövsər Tağıyev:
Zəif və gücsüz görülənlər özlərini üstün tutanlara: “Xeyr, bizi hidayətdən sapdıran sizin gecə və gündüz qurduğunuz hiylələrdir. Çünki siz bizə Allahı inkar etməyi və Ona şəriklər qoşmağı əmr edirdiniz”, – deyərlər. Əzabı gördükdə isə için-için peşmanlıq keçirərlər. Biz də inkar edənlərin boynuna dəmir halqalar keçirdərik. Onlar sadəcə etdiklərinin cəzasını görəcəklər.
M.Qənioğlu və T.Bilaloğlu:
Zəif hesab edilənlər təkəbbürlülərə deyərlər: "Əksinə, (sizin işiniz) gecə və gündüz hiylə işlətmək idi. Çünki bizə Allahı inkar etməyi və Ona şəriklər qoşmağı əmr edirdiniz.” Onlar cəzanı gördükdə peşimançılıqlarını öz içlərinə salıb gizlətdilər. Biz inkar edənlərin boyunlanna dəmir halqalar saldıq. Onlara etdikləri əməllərdən başqasının cəzası verilməz.
Sabirə Dünyamalıyeva:
O zəif qalan kəslər də o təkəbbürlü kəslərə: "Əksinə, gecənin və gündüzün tələsi! Siz bizə Allaha inanmayaq və Ona bəzi şeyləri tay tutaq deyə əmr edirdiniz." deyəcəklər. Onlar əzabı gördükləri zaman peşmanlıqlarını gizlədəcəklər. Biz də o kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən o kəslərin] boyunlarına dəmir həlqələr keçirmişik. Onlar yalnız etdiklərinin əvəzini görürlər.