Zuxruf Surəsi 33. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər insanların (kafirlik zəminində birləşmiş) vahid bir ümmətə (çevrilmək təhlükəsi) olmasaydı, Mərhəmətli (Allahı) inkar edənlərin evlərinin tavanlarını çıxdıqları nərdivanları da gümüşdən edərdik;
Bünyadov-Məmmədəliyev:
Əgər insanların (müşriklərin cah-calal içində yaşadıqlarını görüb cahillikləri üzündən küfrdə birləşəcək) bir tək ümmət olmaq ehtimalı (təhlükəsi) olmasaydı, Rəhmanı inkar edənlərin (axirət əzabını daha da artırmaq məqsədilə) evlərinin tavanlarını (damlarına) çıxdıqları nərdivanları gümüşdən edərdik.
Elmir Quliyev :
Если бы люди не могли стать одной общиной неверующих, то Мы сделали бы в домах тех, которые не веруют в Милостивого, серебряные крыши и лестницы, на которые они бы взбирались,
Ələddin Sultanov:
Əgər insanların (inkar edənlərə rəğbət göstərən) bir ümmət olmaları (təhlükəsi) olmasaydı, yalnız Rəhman olan Allahı inkar edənlərin evlərinin tavanlarını çıxdıqları nərdivanları gümüşdən edərdik. (Bu ayədə dünya nemətlərinin Allahın nəzdində tamamilə dəyərsiz olduğu vurğulanmışdır.)
Kerbelayi Malik ağa:
Əgər insanlar tək bir ümmət halına gələcək olmasaydı, Rəhmanı inkar edənlərin evlərinə mütləq gümüşdən tavanlar üzərində yüksəldikləri nərdivanlar edərdik.
Ələsgər Musayev:
Əgər olmasaydı ki, insanlar vahid ümmət olacaq, gümüşdən edərdik Biz o kəs üçün ki, kafirdir Rəhmana, evinin damını pillələrini, hansı ki, onun üzəri ilə onlar qalxırlar,
A.Mehdiyev və D.Cəfərli:
Əgər insanların hamısının bir ümmət olmaları (hamısının küfr şirk ətrafında birləşmələri) ehtimalı olmasaydı, həqiqətən Rəhman Allaha kafir olan kəslərin evləri üçün gümüşdən tavanlar yuxarı çıxmaları üçün (gümüşdən) nərdivanlar düzəldərdik.
Kövsər Tağıyev:
Əgər bütün insanlar (kafirlərə verdiyimiz nemətlərə baxıb küfrdə birləşən) bir tək ümmət olacaq olmasaydılar, Rəhmanı inkar edənlərin evlərinə gümüş tavanlar üstünə çıxacaqları nərdivanlar qurardıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər insanların (küfrdə) tək bir ümmət halına gəlməsi (qorxusu) olmasaydı, onda Biz mərhəmətli (Allahı) inkar edənlərin evlərinin tavanını da, çıxdıqları pilləkənləri gümüşdən edərdik,
Sabirə Dünyamalıyeva:
əgər insanların, gerçəyi bilə-bilə inkar edən, bir başçıları olan vahid bir tayfa olmaq [ehtimalı] olmasa,