Əlixan Musayev:
Onların etdikləri pis əməllər özlərinin qarşısına çıxacaq, istehza etdikləri (əzab) onları bürüyəcək
Bünyadov-Məmmədəliyev:
(O gün dünyada etdikləri) pis əməllərinin cəzası onların gözünə görünəcək və istehza etdikləri (əzab) onları saracaqdır!
Elmir Quliyev
:
Им открылось зло, которое они совершили, и их окружило (или поразило) то, над чем они насмехались.
Ələddin Sultanov:
Etdikləri əməllərin pislikləri onlara görünmüş və istehza etdikləri (əzab) onları bürümüşdür.
Kerbelayi Malik ağa:
Onlara etdikləri günahlar aşkar oldu. İstehza etdikləri şey onları əhatə etdi.
Ələsgər Musayev:
Və aşkar oldu onlara pisliyi nə ki, əməl etmişdilər və
haqladı onları nə ki, onu istehza edən olmuşdular.
A.Mehdiyev və D.Cəfərli:
Pis əmələrinin cəzası onlara (gerçəklik şəklində) zahir olacaq və istehza etdikləri şey (müxtəlif əzablar) onları bürüyəcəkdir.
Kövsər Tağıyev:
Etdikləri əməllərin pislikləri qarşılarına qoyulmuş və istehza etdikləri şey onları bürümüşdür.
M.Qənioğlu və T.Bilaloğlu:
Tutmuş olduqları əməllərin pislikləri onların qarşısına çıxdı və ələ saldıqları (əzab) onları bürüdü.
Sabirə Dünyamalıyeva:
Və işlədikləri şeylərin pislikləri özlərinə məlum oldu və onları, məsxərəyə qoyduqları şeylər bürüdü.