Nəhl Surəsi 34. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlara törətdikləri əməllərin pis cəzası nəsib oldu istehza etdikləri (əzab) onları ağuşuna aldı.
Bünyadov-Məmmədəliyev:
Onlara öz əməllərinin cəzası (pisliklər) artıq yetişdi. İstehza etdikləri (əzab da) onları yaxaladı.
Elmir Quliyev :
Злое возмездие постигло их за то, что они творили, и окружило (или поразило) их то, над чем они издевались.
Ələddin Sultanov:
Nəhayət, etdikləri (pis) əməllərin cəzasına düçar oldular istehza etdikləri (əzab) onları bürüdü.
Kerbelayi Malik ağa:
Beləcə etdikləri pis əməllər onlara isabət etdi (yetişdi). Lağ etmiş olduqları şey onları əhatə etdi.
Ələsgər Musayev:
Isbat etdi onlara pislik əməllərinə görə haqladı onları ki, oldular onunla istehzalılar.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, etdikləri günahların cəzası onlara yetişdi istehza etdikləri şey (əzab vədəsi) onları bürüdü.
Kövsər Tağıyev:
Bu səbəblə etdikləri pisliklərin cəzası onlara yetişdi istehza etdikləri şey onları yaxaladı.
M.Qənioğlu və T.Bilaloğlu:
Tutduqları əməllərin pislikləri onların öz başlarına gəldi istehza etdikləri (əzab) onları bürüdü.
Sabirə Dünyamalıyeva:
Bunun üçün, etdiklərinin cəzası nəhayət özlərinə yetişdi. İstehza etdikləri şey özlərini bürüdü.