Kəhf Surəsi 34. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onun (başqa) sərvəti var idi. O öz (mömin) yoldaşı ilə söhbət edərkən ona: “Mən sərvətcə səndən daha zəngin adamlarıma görə səndən daha qüvvətliyəm!”– dedi.
Bünyadov-Məmmədəliyev:
(Bu adamın) başqa sərvəti (gəliri) var idi. O öz (yoxsul mömin) yoldaşı ilə söhbət edərkən (təkəbbürlə) ona dedi: “Mən səndən daha dövlətli əşirətcə (qəbilə, qohum-əqrəba, övlad, qulluqçu s. cəhətdən) səndən daha qüvvətliyəm!”
Elmir Quliyev :
У него были плоды (или богатство), и он сказал своему товарищу, беседуя с ним: меня больше имущества и помощников, чем у тебя".
Ələddin Sultanov:
Onun başqa gəliri var idi. Ona görə yoldaşı ilə söhbət edərkən ona: “Mən, mal-mülk cəhətdən səndən daha zənginəm, (əşirətdəki) say etibarilə səndən daha güclüyəm!” - dedi.
Kerbelayi Malik ağa:
Onun başqa sərvəti vardı. Bu səbəblə yoldaşı ilə danışarkən ona: ‘Mənim səndən daha çox malım var (ailəmdəki) fərdlər baxımından səndən daha üstünəm.’ dedi.
Ələsgər Musayev:
onun üçün səmərəli oldu. Onunla söhbət edən yoldaşına dedi: «Mən çoxam səndən malnan izzətliyəm nəfərnən!»
A.Mehdiyev və D.Cəfərli:
o kişinin (bunlardan əlavə də) müxtəlif malları var idi. Beləliklə (təkəbbür haqdan qafil olması üzündən) söhbət edərkən (yoxsul) yoldaşına dedi: «Mənim malım səninkindən daha çox adamlarım səninkilərdən daha güclüdür.»
Kövsər Tağıyev:
Beləliklə, onun böyük sərvəti oldu. Yoldaşı ilə söhbət edərkən ona dedi ki: “Mənim sərvətim səninkindən daha çoxdur. Adam sarıdan da səndən daha üstünəm”.
M.Qənioğlu və T.Bilaloğlu:
Hər iki bağ öz bəhrəsini verdi onlar heç bir şeyi əsirgəmədilər. Onların ikisinin arasından çay axıtdıq.
Sabirə Dünyamalıyeva:
Bu iki bağın sahibinin ayrıca başqa gəliri var idi. Buna görə bu adam yoldaşına belə dedi: "Mən, mal-dövlət cəhətdən səndən üstün, insan sayı baxımından da səndən daha qüvvətliyəm!"