Həcc Surəsi 34. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər. Sizin tanrınız Tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən müti olanlara müjdə ver;
Bünyadov-Məmmədəliyev:
Biz hər bir ümmət üçün qurbangah (yaxud məbəd) müəyyən etdik (və ya hər bir ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər (bismillah desinlər). Sizin tanrınız yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin. (Ya Rəsulum!) Sən (Allaha) itaət edənlərə (təvazökar olanlara Cənnətlə) müjdə ver!
Elmir Quliyev :
Для каждой общины Мы установили места жертвоприношений (или религиозные обряды), чтобы они поминали имя Аллаха над скотиной, которой Он наделил их. Ваш Бог Бог Единственный. Будьте же покорны Ему. А ты сообщи благую весть смиренным,
Ələddin Sultanov:
Biz hər bir ümmətə ruzi olaraq verdiyimiz heyvanların üstündə Allahın adını çəksinlər deyə qurban kəsməyi vacib etdik. Sizin ilahınız tək olan ilahdır. Elə isə Ona təslim olun! (Ey Peyğəmbər!) İxlaslı təvazökar olanlara müjdə ver!
Kerbelayi Malik ağa:
Biz bütün ümmətlər üçün (qurban barəsində eyni) üsulları təyin etdik ki, onlara (Allahın) ruzi olaraq verdiyi heyvanlar üzərində Allahın Adını zikr etsinlər (Allahın Adı ilə qurbanları kəssinlər). O halda, sizin İlahınız Tək Bir İlahdır. Elə isə Ona təslim olun! Muhbitləri müjdələ.
Ələsgər Musayev:
Külli ümmətlər üçün etdik əskiklik, yad etmək üçün Allahın ismini onlara ruzi olaraq verdiyi heyvanlardan olan davarların üzərində. Ilahiniz Vahid Ilahidir Ona təslim olun bəşarət ver mütilərə
A.Mehdiyev və D.Cəfərli:
(Qurban kəsmək təkcə İbrahimin davamçıları olan sizin həcc əməllərinizə aid deyil.) Hər bir şəriət əhli üçün məxsus qurban ibadəti (və ya qurbanı olan həcc əməlləri) müəyyənləşdirmişik ki, (qurbanlarını kəsəndə) ruziləri etdiyimiz heyvanların (başları) üzərində Allahın adını çəksinlər. Çünki sizin Allahınız tək olan Allahdır. Buna görə Onun qarşısında təslim olun (ey Peyğəmbər, sən) təvazökar xalis (niyyət əməlli)lərə müjdə ver.
Kövsər Tağıyev:
Allahın onlara ruzi olaraq verdiyi heyvanlar üzərinə Onun ismini zikr etsinlər deyə hər bir ümmət üçün qurban kəsməyi müəyyən etdik. Sizin ilahınız tək bir ilahdır. O halda yalnız Ona təslim olun. Səmimi, itəatkar olanları müjdələ!
M.Qənioğlu və T.Bilaloğlu:
Hər ümmət üçün bir qurbangah düzəltmişik ki, Allahın onlara verdiyi heyvanların başı üzərində Onun adını zikr etsinlər. Sizin tanrınız vahid bir tanrıdır. Ona ibadət edin. Sən itaət edənlərə müjdə ver.
Sabirə Dünyamalıyeva:
Biz, [müəyyən bir] başçısı olan hər cəmiyyət üçün, Allahın onlara ruzi olaraq verdiyi qüsursuz heyvanların üstündə Allahın adını çəksinlər deyə, bir qulluq [ibadət] şəkli [müəyyən] etdik. Sizin məbudunuz bir tək məbuddur. O səbəblə, yalnız onun üçün müsəlman olun.