Furqan Surəsi 34. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Üzüstə sürüklənib Cəhənnəmə toplanılacaq kimsələr məhz onlar yerləri ən pis olan, (haqq) yoldan ən çox azan kimsələrdir.
Bünyadov-Məmmədəliyev:
Onlar (qiyamət günü) Cəhənnəmə üzüstə sürüklənib gətiriləcək kəslərdir. Onlar ən pis yerdə olan, ən çox yoldan azan kimsələrdir.
Elmir Quliyev :
Тем, которые будут собраны в Геенну ничком, уготовано наихудшее место, и они более других сбились с пути.
Ələddin Sultanov:
Üzü üstə (sürülüb) cəhənnəmə toplanacaq kəslər - onlar yeri ən pis olan haqq yoldan ən çox azanlardır.
Kerbelayi Malik ağa:
Cəhənnəmə üzü üstə sürüklənib gətiriləcək kəslərdir. Onlar gedəcəyi yer şərliolan yoldan sapanlardır (dəlalətdə qalanlardır).
Ələsgər Musayev:
O kəslər ki, toplanacaqlar üzləri üstə cəhənnəmə tərəf həmin onların məkanı şər yolları zəlalətdir.
A.Mehdiyev və D.Cəfərli:
(Qiyamət günü) üzü üstə düşüb Cəhənnəmə tərəf toplanılanlar ən pis yerdədirlər onlar ən azğın insanlardır.
Kövsər Tağıyev:
Üzü üstə cəhənnəmə sürüklənəcək olanlar ki var, onlar durduqları mövqe etibarilə daha pis, tutduqları yol etibarilə daha sapqındırlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Üzləri üstə cəhənnəmə toplanılacaq kəslər məkanca daha pis yolca daha çox azmışlardır.
Sabirə Dünyamalıyeva:
O, üz üstü cəhənnəmə yığılacaq olan kəslər; bax onlar, ən pis yerdə olan, ən azğın yolda olan kəslərdir.