Əlixan Musayev:
Qardaşım Harun dildə məndən daha bəlağətlidir. Onu da, (dediklərimi) təsdiqləyən bir köməkçi kimi mənimlə birlikdə göndər. Mən, həqiqətən də, onların məni yalançı sayacaqlarından qorxuram”.
Bünyadov-Məmmədəliyev:
Qardaşım Harunun dili mənimkindən daha bəlağətlidir. Onu da mənimlə dediklərimi (Firon əhlinə izah edib) təsdiqləyəcək bir köməkçi göndər. Onların məni yalançı hesab edəcəklərindən qorxuram!”
Elmir Quliyev
:
Мой брат Харун (Аарон) более красноречив, чем я. Пошли же его со мною помощником, чтобы он подтвердил мою правдивость. Я действительно боюсь, что они сочтут меня лжецом".
Ələddin Sultanov:
Qardaşım Harunun nitqi mənimkindən daha səlisdir. Onu da söylədiklərimi təsdiqləyən bir köməkçi kimi mənimlə göndər. Çünki onların məni yalanlamalarından qorxuram”.
Kerbelayi Malik ağa:
Qardaşım Harun ki o, dil baxımından məndən daha bəlağətlidir. Onu, məni təsdiqedici və yardımçı olaraq mənimlə birlikdə göndər. Mən, həqiqətən məni təkzib etmələrindən (yalanlamalarından) qorxuram.
Ələsgər Musayev:
Qardas?m Harun ki, m?nd?n yaxs? dan?san dili var, bir dayaq kimi onu m?niml? gond?r ki, m?nim dogrulugumu t?sdiq etsin. H?qiq?t?n, xoflan?ram ki, m?ni yalanc? says?nlar!»
A.Mehdiyev və D.Cəfərli:
«Və qardaşım Harunun dili mənimkindən daha fəsahətlidir (tutarlıdır). Buna görə onu da mənimlə kömək və arxa (olaraq) göndər ki, məni təsdiq etsin. Çünki qorxuram məni təkzib etsinlər (və mən məqsədimi aydın bəyan edə bilməyəm)».
Kövsər Tağıyev:
“Qardaşım Harunun dili mənimkindən daha səlisdir. Onu da mənimlə birlikdə məni təsdiq edən bir yardımçı olaraq göndər. Çünki mən onların məni təkzib edəcəklərindən qorxuram”.
M.Qənioğlu və T.Bilaloğlu:
Qardaşım Harun dildə məndən daha fəsahətlidir. Məni təsdiqləyən bir dayaq olaraq onu da mənimlə (peyğəmbər) göndər. Axı mən onların məni yalançı hesab edəcəklərindən qorxuram."
Sabirə Dünyamalıyeva:
Qardaşım Harunu da mənimlə göndər; o, dil baxımından məndən daha yaxşı, gözəl və təsirlidir. Bu səbəblə, onu da mənimlə birlikdə göndər ki, məni təsdiqləyən bir köməkçim olsun. Şübhəsiz ki, mən, məni yalançı sayacaqlarından qorxuram."