Ənkəbut Surəsi 34. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz günah əməllər törətdiklərinə görə bu şəhərin sakinlərinin üstünə göydən bir əzab endirəcəyik”.
Bünyadov-Məmmədəliyev:
Biz etdikləri pozğunluğa (günahlara) görə bu məmləkət əhlinin başı üstünə göydən bir əzab endirəcəyik!”
Elmir Quliyev :
Мы низвергнем на жителей этого селения наказание с небес за то, что они грешили".
Ələddin Sultanov:
Etdikləri günahlara görə bu məmləkət xalqının üstünə göydən əzab endirəcəyik”. (Lut peyğəmbərin duasına cavab olaraq Allah-Təala cavan oğlanlar surətində mələklər göndərmişdi. Mələklər insan surətində gəldiklərinə görə Lut əvvəlcə onların mələk olduğunu bilməmiş qövmünün onlara zərər verəcəyini düşünərək narahat olmuşdu. Buna görə onlar özlərinin mələk olduğunu üçün gəldiklərini bildirmişdilər.)
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, biz etdikləri əxlaqsızlığa görə bu şəhərin xalqı üzərinə səmadan əzab endirəcəyik.
Ələsgər Musayev:
Biz nazil edərik fasiq olduqları üçün bu kənd əhlinin üzərinə səmadan cəza».
A.Mehdiyev və D.Cəfərli:
«Biz etdikləri pozğunluğa görə bu şəhərin əhalisinə göydən bir əzab endirəcəyik».
Kövsər Tağıyev:
“Şübhəsiz, biz etdikləri fasiq əməllərə görə bu məmləkət əhlinin üzərinə göydən bir əzab endirəcəyik”.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz pozğunluq etdiklərinə görə bu məmləkətin əhalisinə göydən cəza endirəcəyik."
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, biz, bu şəhər əhalisinin üstünə, haqq yoldan çıxmaqda indakarlıq göstərdikləri üçün səmadan bir əzab endirəcəyik." dedilər.