Əlixan Musayev:
(Bu ona görədir) ki, Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər. (Hələlik) əylənin! Tezliklə biləcəksiniz.
Bünyadov-Məmmədəliyev:
Bizim onlara verdiyimiz nemətləri inkar etsinlər deyə (şirkə, küfrə düşərlər). İndi (bir az dünyada) əylənib kefə baxın. (Cəhənnəm əzabının necə şiddətli olduğunu) mütləq biləcəksiniz!
Elmir Quliyev
:
Это происходит для того, чтобы они проявили неблагодарность за то, чем Мы их одарили. Пользуйтесь благами, и скоро вы узнаете.
Ələddin Sultanov:
Qoy onlara verdiklərimizə nankorluq etsinlər. Siz hələki (verdiyimiz nemətlərdən) faydalanın. Yaxında biləcəksiniz!
Kerbelayi Malik ağa:
Onlara verdiklərimizi inkar etsinlər. Beləcə faydalansınlar. Yaxında biləcəklər.
Ələsgər Musayev:
kafir olmaları üçün nə ilə ki, əta etmişik onlara.
Mətahlanın, sonra biləcəksiniz!
A.Mehdiyev və D.Cəfərli:
Nəticədə Bizim onlara verdiklərimizə nankorluq etsinlər deyə. Belə isə, (ey kafirlər, bir neçə günlük) bəhrələnin, tezliklə başa düşəcəksiniz!
Kövsər Tağıyev:
Qoy (hələ) onlara verdiyimiz nemətləri inkar etsinlər. (Hələlik) faydalanın, amma yaxında biləcəksiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
ki, Bizim onlara bəxş etdiyimizə nankorluq etsinlər. Güzəran sürüb zövq alın, sonra biləcəksiniz!
Sabirə Dünyamalıyeva:
Sonra, onlara Öz dərgahından bir mərhəmət etdikdə, bir də görürsən ki, içlərindən bir dəstə, özlərinə verdiyimiz nemətlərə nankorluq etmək üçün Rəbbinin şərikləri olduğunu qəbul edir. -Haydı, bəhrələnin! Tezliklə biləcəksiniz.-