Əlixan Musayev:
Həqiqətən, o Saat haqqında elm yalnız Allahdadır. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, o saatı (qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir. Yağışı (istədiyi vaxt) göydən O yağdırır, bətnlərdə olanı (doğulacaq uşağın oğlan, yaxud qız, xəstə və ya sağlam, xoşbəxt və ya bədbəxt, yaxşı və ya pis əməl sahibi olacağını) O bilir. Heç kəs səhər nə kəsb edəcəyini (savab, yaxud günah qazanacağını), heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır!
Elmir Quliyev
:
Воистину, только Аллах обладает знанием о Часе, ниспосылает дождь и знает о том, что в утробах. Ни один человек не знает, что он приобретет завтра, и ни один человек не знает, в какой земле он умрет. Воистину, Аллах — Знающий, Ведающий.
Ələddin Sultanov:
Həqiqətən, qiyamət haqqındakı məlumat Allah yanındadır. Yağışı O yağdırır. Bətnlərdə olanı da O bilir. Heç kim sabah nə qazanacağını bilə bilməz. Heç kim harada öləcəyini də bilə bilməz. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, o saatın (qiyamətin) elmi Allahın dərgahındadır. Yağışı endirir və bətnlərdə olanı bilir. Heç kəs sabah nə qazanacağını bilməz (idrak edə bilməz). Heç kəs harada öləcəyini bilməz (idrak edə bilməz). Şübhəsiz ki, Allah Alimdir, Xəbirdir (xəbərdar olan).
Ələsgər Musayev:
Həqiqətən, Allah yanındadır
elmi saatın və O nazil edir yağışı və bilir rəhmlərdə nə
olduğunu. Dərk etməz nəfs sabah nə kəsb edəcək və dərk etməz
nəfs hansı yerdə öləcək. Həqiqətən, Allah Alimdir, Xəbirdir!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, Qiyamət (qopacağı vaxt) barəsində elm Onun yanındadır (Qiyamətin qopacağı vaxtı yalnız O bilir). Yağışı (göydən) O yağdırır. O, (balası olan canlıların) bətnlər(in)dəkini (balanın bir, ya bir neçə olmasını, gələcək xüsusiyyətlərini, ruhi vəziyyətini, gələcək əməllərini və son mənzilini) bilir. Heç kəs sabah nə qazanacağını (nə elm, əməl və mal-dövlət əldə edəcəyini), harada öləcəyini bilməz. Həqiqətən, Allah (isə bunların hamısını) bilir və hər şeydən xəbərdardır.
Kövsər Tağıyev:
Qiyamətin nə zaman qopacağına dair bilik sadəcə Allah qatındadır. O, yağışı endirir, bətnlərdəkini bilir. Heç kim sabah nə qazanacağını bilə bilməz. Heç kim harada öləcəyini də bilə bilməz. Şübhəsiz, Allah haqqı ilə biləndir, (hər şeydən) haqqı ilə xəbərdar olandır.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, qiyamətin (nə zaman qopacağı) haqqında bilik Allahdadır. Yağışı O endirir, bətnlərdə nə olduğunu O bilir. Heç kəs sabah nə qazanacağını bilmir, heç kəs harada öləcəyini bilmir. Şübhəsiz ki, Allah hər şeyi biləndir, xəbərdardır.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, qiyamətin qopma vaxtının elmi Allahın yanındadır. Və yağışı O yağdırır, bətnlərdə olan şeyləri O bilir. Və kimsə sabah nə qazanacağını bilə bilməz. Kimsə hansı yerdə öləcəyini də bilməz. Şübhəsiz ki, Allah, ən yaxşı biləndir, ən yaxşı xəbərdar olandır.