Fatir Surəsi 34. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun! Həqiqətən, Rəbbimiz Bağışlayandır, şükürün əvəzini verəndir.
Bünyadov-Məmmədəliyev:
Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, Rəbbimiz bağışlayandır, qədirbiləndir!
Elmir Quliyev :
Они скажут: "Хвала Аллаху, Который избавил нас от печали! Воистину, наш Господь Прощающий, Благодарный.
Ələddin Sultanov:
Onlar belə deyəcəklər: “Qəm-kədəri bizdən dəf edən Allaha həmd olsun! Həqiqətən, Rəbbimiz bağışlayandır, şükrün mükafatını verəndir.
Kerbelayi Malik ağa:
‘Bizdən qəm-qüssəni uzaq edən Allaha həmd olsun, şübhəsiz ki, Rəbbimiz, həqiqətən Ğafurdur, Şəkurdur (şükür edilən).’ dedilər.
Ələsgər Musayev:
deyərlər: «Həmd Allah üçündür Odur ki, hüznü bizdən apardı!» Həqiqətən, Rəbbimiz Ğəfurdur, Şakirdir!
A.Mehdiyev və D.Cəfərli:
deyərlər: «(Dünyada) Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, bizim Rəbbimiz (pislikləri) bağışlayan (yaxşılıqlar müqabilində) qədirbiləndir».
Kövsər Tağıyev:
Onlar belə deyərlər: “Həmd bizdən hüznü uzaq edən Allaha məxsusdur. Şübhəsiz, Rəbbimiz çox bağışlayandır, şükrün qarşılığını verəndir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar deyəcəklər: "Bizdən hüzn-kədəri uzaqlaşdıran Allaha təriflər olsun! Həqiqətən, Rəbbimiz bağışlayandır, şükrə əvəz verəndir.
Sabirə Dünyamalıyeva:
Onlar orada deyəcəklər: "Bütün təriflər, bizdən qəm-qüssəni uzaqlaşdıran bizə ərmağanlar verən,