Əlixan Musayev:
Daha öncə Yusuf sizə açıq-aydın dəlillər gətirmişdi. Siz onun gətirdiklərinə şəkk etməkdə davam edirdiniz. Nəhayət, o, vəfat etdikdə dediniz: “Allah ondan sonra elçi göndərməyəcəkdir!” Allah həddi aşan, şübhə edən kimsəni beləcə azğınlığa salar.
Bünyadov-Məmmədəliyev:
And olsun ki, daha öncə Yusif sizə açıq-aşkar dəlillər(möcüzələr) gətirmişdi. Siz onun gətirdiklərinə şəkk edib dururdunuz. Nəhayət, (Yusif) vəfat etdikdə: “Allah ondan sonra əsla peyğəmbər göndərməyəcəkdir!” – dediniz. Allah (küfr etməklə) həddi aşan, şəkk içində olan kimsəni belə yoldan azdırar!
Elmir Quliyev
:
Прежде к вам явился с ясными знамениями Йусуф (Иосиф), но вы до сих пор сомневаетесь в том, что он вам принес. Когда же он умер, вы сказали: “Аллах не отправит посланника после него”. Так Аллах вводит в заблуждение того, кто излишествует и сомневается".
Ələddin Sultanov:
Şübhəsiz ki, daha əvvəl Yusif də sizə açıq-aşkar dəlillər gətirmişdi. Ancaq onun sizə gətirdiklərinə şübhə edirdiniz. Nəhayət, Yusif vəfat etdiyi zaman siz: “Allah ondan sonra peyğəmbər göndərməyəcəkdir”, - dediniz. Allah həddi aşan və şübhə edən kəsləri haqq yoldan belə azdırar.
Kerbelayi Malik ağa:
And olsun ki, daha əvvəl Yusif (ə.s) sizə bəyyinələr (dəlillər) ilə gəldi. Lakin sizə gətirdiyi şeydən şübhə etməkdə davam etdiniz. Hətta o vəfat etdiyi zaman: ‘Ondan sonra Allah əsla başqa rəsul göndərməz.’ dediniz. Allah həddi aşan, şübhə edən kimsələri beləcə dəlalətdə buraxar.
Ələsgər Musayev:
Əlbəttə, bundan qabaq gəldi sizin üçün Yusif
bəyanatlarla. Amma siz nə ilə ki, o gəlmişdi, ona şəkk etməyi
tərgitmədiniz. Tta onda ki, həlak oldu, dediniz: “Ondan sonra
Allah qaldırmayacaq rəsul!”» Beləcə zəlalətdə tərk edir Allah
kim israfkardır və şübhə edəndir -
A.Mehdiyev və D.Cəfərli:
«Həqiqətən Yusuf bundan (Musadan) qabaq sizin üçün (tovhid və özünün peyğəmbərliyi barəsində) aydın dəlillər gətirdi. Siz həmişə onun gətirdiyi barəsində şəkk içərisində idiniz. Nəhayət elə ki, o öldü, dediniz: «Allah ondan sonra heç vaxt peyğəmbər göndərməyəcəkdir. (Həyatında onu təkzib etdiniz, ölümündən sonra qəbul etdiniz və gələcək peyğəmbərləri inkar etdiniz.) Allah israfçı və şübhə edəni beləcə azğınlıqda boşlayır.
Kövsər Tağıyev:
And olsun, daha əvvəl Yusuf da sizə açıq-aşkar dəlillər gətirmişdi. Onun sizə gətirdikləri haqqında şübhə etmişdiniz. Daha sonra o öldükdə: “Allah ondan sonra əsla peyğəmbər göndərməz”, – demişdiniz. Allah həddi aşan şübhəçiləri bax belə sapdırar.
M.Qənioğlu və T.Bilaloğlu:
Bundan əvvəl də Yusif sizə aydın dəlillər gətirmişdi, siz isə onun sizə gətirdiyinə hələ də şəkk-şübhə içərisində idiniz. O həlak olan kimi siz dediniz: "Allah ondan sonra bir peyğəmbər göndərməz!" Allah həddini aşanı, şübhə edəni bax belə azdırar!
Sabirə Dünyamalıyeva:
Və and olsun ki, bundan əvvəl sizə Yusif dəlillərlə gəlmişdi. O zaman da onun sizə gətirdiyi şeylərdə qəti olmayan, qeyri-kafi məlumata sahib idiydiniz. Axırda o öldüyündə də, "Bundan sonra Allah, əsla elçi göndərməz" dediniz.