Əlixan Musayev:
Kafirlər Odun qarşısına gətiriləcəkləri gün (onlara:) “Məgər bu, həqiqət deyilmi?”– (deyiləcəkdir.) Onlar: “Bəli, Rəbbimizə and olsun ki, (həqiqətdir!)”– deyəcəklər. (Allah) (da): “Küfr etdiyinizə görə dadın əzabı!”– deyəcəkdir.
Bünyadov-Məmmədəliyev:
Kafirlər cəhənnəm oduna göstəriləcəkləri (cəhənnəm əzabını dadacaqları) gün (onlardan soruşulacaqdır): “Məgər bu (daddığınız əzab) doğru deyilmi?!” Onlar: “Bəli, Rəbbimizə and olsun (ki, doğrudur)!” – deyə cavab verəcəklər. (Allah) buyuracaqdır: “Elə isə (dünyada) küfr etdiyinizə görə dadın əzabı!”
Elmir Quliyev
:
В тот день, когда неверующих представят Огню, им скажут: "Разве это не есть истина?" Они скажут: "Да! Клянемся нашим Господом!" Он скажет: "Вкусите же мучения за то, что вы не верили".
Ələddin Sultanov:
Kafirlər cəhənnəmin qarşısına gətiriləcəkləri gün (onlara belə deyiləcək): “Bu, həqiqət deyilmi?” Onlar: “Bəli, Rəbbimizə and olsun ki, (həqiqətdir)!” - deyə cavab verəcəklər. Allah: “Elə isə, inkar etdiyinizə görə dadın əzabı!” - deyəcəkdir.
Kerbelayi Malik ağa:
O gün kafirlər atəşin qarşısına gətirilirlər. Bu həqiqət deyilmi? (deyilincə): ‘Bəli, Rəbbimizə and olsun (ki, həqiqətdir).’ dedilər. (Allah): ‘Elə isə inkarlarınız səbəbiylə əzabı dadın.’ dedi.
Ələsgər Musayev:
O gün ki, göstəriləcəklər o
kəslər ki, kafirdirlər, üzərində odun... Ə, bu haqq ilə deyilmi?
Dedilər: «Bəli, and olsun Rəbbimizə!» Dedi: «Dadın əzabı, nə
ilə ki, oldunuz kafirlər!»
A.Mehdiyev və D.Cəfərli:
Kafirlər (Cəhənnəm) od(un)a göstərilən gün (onlara deyiləcək): «Məgər bu haqq deyil?» Onlar deyəcəklər: «Bəli, and olsun Rəbbimizə (ki, haqdır).» (Allah) buyuracaq: «Belə isə, etdiyiniz küfrün cəzası olaraq dadın bu əzabı!»
Kövsər Tağıyev:
Atəşə ərz olunduqları gün inkar edənlərə: “Bu, gerçək deyilmi?” – deyilər. Onlar: “Bəli, Rəbbimizə and olsun ki, gerçək imiş”, – deyərlər. Allah: “Elə isə inkar etdiyiniz üçün əzabı dadın!” – deyər.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlər cəhənnəm odu qarşısına gətirilən zaman (onlara deyiləcək): "Bu, haqq deyilmi?" Onlar deyəcəklər: "Bəli, Rəbbimizə and olsun ki, (doğru imiş!") O isə: "Küfr etdiyinizə görə əzabı dadın!" - deyəcəkdir.
Sabirə Dünyamalıyeva:
Kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərin] atəş üzərinə yayılacaqları gün: "Bu, gerçək deyilmiş, eləmi?" Onlar da: "Bəli; gerçəkmiş. Rəbbimizə and olsun!" dedilər. Allah: "O halda, bilə-bilə inkarda inad etdiyiniz/inanmadığınız üçün indi dadın əzabı!" dedi.