Qəmər Surəsi 34. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz onların üstünə (qasırğa ilə birgə) daşlar göndərdik. Yalnız Lutun ailəsini sübh çağı xilas etdik
Bünyadov-Məmmədəliyev:
Biz onların üstünə daş yağdıran yel göndərdik (başlarına daş yağdırdıq), yalnız Lutun ailəsini səhər çağı xilas etdik;
Elmir Quliyev :
Мы наслали на них ураган с камнями, и только семью Лута (Лота) Мы спасли перед рассветом
Ələddin Sultanov:
Biz onların üstünə daş yağdıran bir fırtına göndərdik. Yalnız Lut ailəsini sübh çağı xilas etdik.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Biz onların üzərinə həlak edici bir qasırğa göndərdik. Səhər vaxtında yalnız Lut (ə.s)in ailəsini xilas etdik.
Ələsgər Musayev:
Göndərdik üzərinə onların daş yağdıran yeli, ancaq Lutun ailəsindən başqa. Nicat verdik onlara səhər ilə,
A.Mehdiyev və D.Cəfərli:
Biz, Lutun ailəsi istisna olmaqla, onlara daş yağdıran tufan göndərdik. Onlara (Lutun ailəsinə isə) səhər çağı nicat verdik.
Kövsər Tağıyev:
Şübhəsiz, biz Lutun ailəsi xaric onların üstlərinə daşlar sovuran bir külək göndərdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onların üzərinə daş-torpaq yağdıran külək göndərdik. Lutun ailəsindən başqa. Onları isə sübh çağı xilas etdik.
Sabirə Dünyamalıyeva:
Biz onların üstünə kiçik daş yağdıran bir fırtına göndərdik. Lutun ailəsi bundan ayrı saxlanıldı.