Əlixan Musayev:
Səndən əvvəlki elçiləri də yalançı saymışdılar. Lakin Bizim köməyimiz onlara gələnədək yalançı sayılmalarına və onlara əziyyət verilməsinə səbr etdilər. Heç kəs Allahın kəlmələrini dəyişə bilməz. Artıq peyğəmbərlərə aid bəzi xəbərlər sənə gəlib çatdı.
Bünyadov-Məmmədəliyev:
Səndən əvvəl də peyğəmbərlər təkzibə məruz qalmışdılar. Lakin onlar təkzib olunduqları və əziyyət verildikləri şeylərə dözdülər. Nəhayət, Bizim köməyimiz onlara yetdi. Allahın sözlərini (peyğəmbərlərə verdiyi vədləri) dəyişə biləcək heç bir kimsə yoxdur! Doğrudan da, peyğəmbərlərə aid xəbərlərin bəzisi sənə gəlib çatdı.
Elmir Quliyev
:
До тебя посланников также считали лжецами, но они терпели то, что их так называли и обижали, пока не являлась к ним Наша помощь. Никто не исказит слов Аллаха, и до тебя уже дошли некоторые вести о посланниках.
Ələddin Sultanov:
Şübhəsiz ki, səndən əvvəlki peyğəmbərlər də yalanlançı sayılmışdılar. Onlar, təkzib edilmələrinə və əziyyətə məruz qalmalarına rəğmən səbir etdilər və nəhayət, Bizim köməyimiz onlara gəlib çatdı. Heç kim Allahın sözlərini dəyişdirə bilməz! Şübhəsiz ki, peyğəmbərlərə aid xəbərlərin bir qismi sənə də gəlib çatdı.
Kerbelayi Malik ağa:
And olsun ki, səndən əvvəlki rəsullar da yalanlandı. Lakin onlara yardımımız gələnə qədər yalanlandıqları şeylərə və uğradıqları əziyyətlərə səbir etdilər. Allahın sözlərini dəyişdirəcək yoxdur. And olsun, göndərilmiş rəsulların xəbərlərindən (bir qismi) sənə gəldi.
Ələsgər Musayev:
Əlbəttə, səndən qabaqkı rəsulları da yalançı saydılar. Onlar səbr etdilər yalançı sayıldıqlarına və əziyyətə görə, ta yetişdi onlara Bizim yardımımız. Yoxdur mübadilə Allahın kəlmələri üçün və əlbəttə, gəldi sənə xəbərlərindən mürsəllərin.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, səndən qabaq (da bir sıra) peyğəmbərlər təkzib olundular. Beləliklə onlar edilən təkzib və əziyyət müqabilində səbr etdilər (və) nəhayət, Bizim köməyimiz onlara yetişdi. Allahın kəlmələrini (peyğəmbərlərə verdiyi kömək və qələbə vədəsini) dəyişdirə biləcək bir kəs yoxdur. Şübhəsiz, peyğəmbərlərin (səbr və dözümlülük) xəbərindən (bəziləri) sənə çatmışdır.
Kövsər Tağıyev:
And olsun ki, səndən əvvəl də bir çox peyğəmbər təkzib olunmuşdu. Onlar təkzib olunmalarına və əziyyətə məruz qalmalarına qarşı səbir etmiş və nəhayət, onlara yardımımız yetişmişdi. Allahın kəlmələrini dəyişdirə biləcək bir güc də yoxdur. And olsun, peyğəmbərlərlə bağlı xəbərlərin bir qismi sənə gəlib çatmışdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Səndən əvvəl də peyğəmbərlər yalançı hesab olundular. Onlar isə Bizdən kömək gələnə qədər yalançı hesab olunmalarına və incidilmələrinə dözdülər. Allahın kəlamlarını dəyişə bilən olmaz! Artıq peyğəmbərlər haqqında xəbərlər sənə gəlib çatdı.
Sabirə Dünyamalıyeva:
Və əlbəttə ki, səndən əvvəl də elçiləri yalançı saymışdılar, özlərinə köməyimiz gələnə qədər [onlar] təkzib edilməyə və əziyyətə səbr göstərmişdilər. Və Allahın sözlərini dəyişdirə bilən heç bir kimsə yoxdur. Heç şübhəsiz ki, sənə, elçilərin xəbərlərindən bir qismi gəlib çatmışdır.