Əlixan Musayev:
Yoxsa onlar: “(Muhəmməd) onu özündən uydurdu!”– deyirlər. De: “Əgər mən onu özümdən uydurmuşamsa, günahım özümə aiddir. Lakin mən sizin etdiyiniz günahlardan uzağam”.
Bünyadov-Məmmədəliyev:
Yoxsa (Məkkə müşrikləri): “O (Muhəmməd) onu (Quranı və ya Nuha dair xəbərləri) özündən uydurdu!” – deyirlər. Onlara belə cavab ver: “Əgər mən onu özümdən uydururamsa, günahı mənim boynumadır. Mən isə sizin törətdiyiniz günahlardan uzağam!”
Elmir Quliyev
:
Или же они говорят: "Он сочинил его". Скажи: "Если я сочинил его, то на мне лежит мой грех, но к вашим преступлениям я непричастен".
Ələddin Sultanov:
Yoxsa onlar: “Onu özündən uydurdu!” - deyirlər?! De ki: “Əgər onu uydurmuşamsa, günahım mənə aiddir. Ancaq mən sizin işlədiyiniz günahlardan uzağam!”
Kerbelayi Malik ağa:
Yoxsa onu uydurdumu deyirlər? De ki: ‘Əgər onu mən uydurdumsa, o zaman mənim günahım mənə aiddir. Və mən sizin işlədiyiniz günahlardan uzağam.’
Ələsgər Musayev:
Yoxsa
onlar deyəcəklər: «Onu iftira edir o!» De: «Əgər mən onu iftira
etsəm, onun cəriməsi mənim üzərimədir və mən uzağam sizin
etdiyiniz cərimələrdən!»
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa (sənin qövmün) «bunu (bu əhvalatı və ya bu Qur’anı) onun özü yalandan uydurmuşdur!» deyirlər. De: «Əgər onu özüm uydurmuş olsam (hətta elə fərz etsək belə yenə də) günahım öz boynumadır və mən sizin etdiyiniz (küfr və itaətsizliklər kimi) günahlardan uzağam.»
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Yoxsa: “Onu (Qur`anı) özündən uydurdu”, – deyirlər? De ki: “ Əgər onu özümdən uydurmuşamsa, günahı mənə aiddir. Mən də sizin işlədiyiniz günahlardan uzağam”.
M.Qənioğlu və T.Bilaloğlu:
Yaxud onlar deyəcəklər "Bunu o, özü uydurub". De: "Əgər mən onu uydurmuşamsa, mənim günahım da öz üzərimə düşür, sizin etdiyiniz günahların isə mənə dəxli yoxdur".
Sabirə Dünyamalıyeva:
Yaxud da "Onu uydurdu" deyirlər. De ki: "Əgər onu mən uydurmuşamsa, günahı mənim boynumdadır. Mən isə sizin etdiyiniz günahlardan uzağam."