İsra Surəsi 35. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ölçdükdə ölçüyə tam riayət edin, (çəkdikdə) düzgün tərəzi ilə çəkin. Bu, daha xeyirli nəticə baxımından daha yaxşıdır.
Bünyadov-Məmmədəliyev:
Ölçəndə ölçüdə düz olun, (çəkəndə) düzgün tərəzi ilə çəkin. Bu (sizin üçün) daha xeyirli nəticə etibarilə daha yaxşıdır!
Elmir Quliyev :
Наполняйте меру сполна, когда вы отпускаете мерой, и взвешивайте на точных весах. Так будет лучше и прекраснее по исходу (или по вознаграждению).
Ələddin Sultanov:
Ölçdüyünüz zaman ölçüyə riayət edin düzgün tərəzi ilə çəkin! Bu həm daha yaxşı, həm nəticə etibarilə daha gözəldir.
Kerbelayi Malik ağa:
Ölçdüyünüz zaman ölçünü tam yerinə yetirin! Düzgün ədalətlə çəkin! Bu, daha xeyirli nəticə baxımından daha gözəldir.
Ələsgər Musayev:
Ölçüdə vəfalı olun, onda ki, ölçürsünüz. Insafla, düzgün olaraq vəzn edin. Bu, xeyirdir yaxşı nəticəsi var.
A.Mehdiyev və D.Cəfərli:
(hər hansı bir malı verəndə ya alanda) ölçən zaman, ölçü qabını doldurun (həmçinin) düzgün tərəzi ilə çəkin ki, bu (ölçü çəkidə xəyanət etməmək ağıl baxımından) xeyirdir (cəmiyyətin etimadının qorunması baxımından) onun sonu nəticəsi daha gözəldir.
Kövsər Tağıyev:
Ölçdüyünüz zaman ölçüdə düz olun, doğru tərəzi ilə çəkin. Bu, daha xeyirli, nəticə etibarilə daha gözəldir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ölçərkən düz ölçün düzgün tərəzi ilə çəkin. Bu, daha xeyirlidir nəticə etibarilə daha yaxşıdır.
Sabirə Dünyamalıyeva:
Ölçərkən düz ölçün düz tərəzi ilə çəkin. Bu, həm daha xeyirli nəticə/əməl baxımından daha gözəldir.