Məryəm Surəsi 35. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allaha övlad götürmək yaraşmaz. O, pak müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyər, o da dərhal olar.
Bünyadov-Məmmədəliyev:
Allaha (özü üçün) övlad götürmək yaraşmaz. O, pakdır, müqəddəsdir. O, hər hansı bir şeyi yaratmaq istədikdə ona yalnız: “Ol!” deyər, o da dərhal olar.
Elmir Quliyev :
Не подобает Аллаху иметь сына. Пречист Он! Когда Он принимает решение, то стоит Ему сказать: "Будь!" как это сбывается.
Ələddin Sultanov:
Övlad götürmək Allaha yaraşmaz. O, pak müqəddəsdir! O, bir şeyin olmasını istədiyi zaman ona yalnız: “Ol!” - deyər, o da dərhal olar.
Kerbelayi Malik ağa:
Allahın bir övlad götürməsi ola bilməz. O, Sübhandır. Bir işin olmasına qərar verdiyi zaman o təqdirdə, yalnız ona ‘Ol!’ deyər o, dərhal olar.
Ələsgər Musayev:
Olmaz Allah üçün ki, götürsün Özü üçün övlad. Sübhandır O. Onda ki, qəzavat edir əmrə ancaq deyir onun üçün: «Ol!» olur.
A.Mehdiyev və D.Cəfərli:
Allaha övlad götürmək yaraşmaz (bu, ağıl baxımından qeyri-mümkün, şəriət baxımından qəbul edilməzdir). O, (qadın övlada möhtac olmaqdan) pakdır. (Çünki) bir işin olmasını qəti istəyəndə ona «ol!» deyən kimi olur.
Kövsər Tağıyev:
Özü üçün övlad götürmək Allaha yaraşmaz. O, bundan ucadır, uzaqdır. Bir işə hökm verdiyi zaman ona sadəcə “Ol!” deyər o da olar.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah Özünə övlad götürməz. Ona təriflər olsun! O, bir şey barəsində qərara gələndə, ona ancaq : "Ol!" - deyər, o da dərhal olar.
Sabirə Dünyamalıyeva:
Allah üçün uşaq götürmək deyə bir şey yoxdur. O, bundan pakdır. O, bir şeyə hökm etsə, ona yalnızca "Ol!" deyər, o da dərhal olar.